Rəfail Tağızadə - Gecə xəyalları

Тут можно читать онлайн Rəfail Tağızadə - Gecə xəyalları - бесплатно ознакомительный отрывок. Жанр: Поэзия. Здесь Вы можете читать ознакомительный отрывок из книги онлайн без регистрации и SMS на сайте лучшей интернет библиотеки ЛибКинг или прочесть краткое содержание (суть), предисловие и аннотацию. Так же сможете купить и скачать торрент в электронном формате fb2, найти и слушать аудиокнигу на русском языке или узнать сколько частей в серии и всего страниц в публикации. Читателям доступно смотреть обложку, картинки, описание и отзывы (комментарии) о произведении.
  • Название:
    Gecə xəyalları
  • Автор:
  • Жанр:
  • Издательство:
    неизвестно
  • Год:
    неизвестен
  • ISBN:
    9785449843685
  • Рейтинг:
    3/5. Голосов: 11
  • Избранное:
    Добавить в избранное
  • Отзывы:
  • Ваша оценка:
    • 60
    • 1
    • 2
    • 3
    • 4
    • 5

Rəfail Tağızadə - Gecə xəyalları краткое содержание

Gecə xəyalları - описание и краткое содержание, автор Rəfail Tağızadə, читайте бесплатно онлайн на сайте электронной библиотеки LibKing.Ru
«Gecə xəyalları» şair Rəfail Tağızadənin oxucularla üçüncü görüşüdür.Bu kitabda şairin şeirləri və məşhur polyak bəstəkarı Frederik Şopenə həsr olunmuş «Şopenin ürəyi» poeması yer almışdır.Kitab geniş oxucu kütləsi üçün nəzərdə turtulmuşdur.

Gecə xəyalları - читать онлайн бесплатно ознакомительный отрывок

Gecə xəyalları - читать книгу онлайн бесплатно (ознакомительный отрывок), автор Rəfail Tağızadə
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Gecə xəyalları

Rəfail Tağızadə

© Rəfail Tağızadə, 2020

ISBN 978-5-4498-4368-5

Создано в интеллектуальной издательской системе Ridero

Rəfaİl Tağızadə Gecə xəyallaRı Rəfail Tağızadə üçün poeziya nöktürnü - фото 1

Rəfaİl Tağızadə

Gecə xəyallaRı

Rəfail Tağızadə üçün
poeziya nöktürnü

İllər öncəsi Rəfail Tağızadənin şeirləri haqqında yazdığım essedən bəzi fraqmentləri bir daha oxucularımız və şairin özü üçün xatırlatmaq istərdim. Rəfail Tağızadə Qarabağda doğulub boya-başa çatıb, indi o tutya torpaqlarımız düşmən işğalına məruz qalıb. Rəfail bir qatara bilet alıb döğulduğu yerə gedə bilmir. Orda kənd qəbiristanlığında şairin ulu babalarının məzarı başında yasin oxuyan yoxdu…

Rəfail Tağızadənin şeirləri reallığı, yəni Qarabağ reallığını fotoqrafik bir dəqiqliklə əks etdirir. Bəzən rakuslar dəyişir, işıq-kölgə effektləri biri-birini əvəzləyir, amma ağ-qara fotolara bənzəyən şeirlərin üzərində qan izi gördüm…

Sərhədlər kəsdi əlimi
bаrmаqlаrım qаn içində.
Bölgə-bölgə cаn veririk
хəritədə аn içində.

Daha bir şeirdən nümunə;

Аyrılıq yаmаn аcıdı,
dərdimə аləm аcıdı,
Vətən tоrpаğın tаcıdı,
qоymаğа bаşlаr tаpılа.

Və qan rəngli misralar;
Qаrаbаğ,
gedib yenə gələcəyik,
yurd uğrundа sоn sаvаşdа
biz ölümə güləcəyik.

R. Tağızadənin ilk kitabı «Qapı» -2004-cü ildə çap olunub. Mən Rəfailin iki kitabının redaktoru olmuşam və o əl boyda iki şeir toplusuna ön söz yazmışam.

İndi dostumuz üçüncü kitabını çapa hazırlayır. Atalarımız üçdən deyiblər, amma könül istərdi ki, yeddi desin. İnşallah, şairin yeddinci kitabı ilə öz oxucularını sevindirəcəyi günləri də görəcəyik. Və hər dəfə şair bizim üzümüzə yeni bir «QAPI» açacaq.

Nədənsə Aydın Əfəndini, Nizami Aydını xatırladım, hər iki istedadlı şairin ilk kitabları ölümlərindən sonra çap olundu. Doğrudan da ölümündən sonra başlayır şair ömrü. On beş yaşında ilk şeirləri oxucuların diqqətini cəlb edən Əhməd Mühib Dranasın ilk kitabı yarım əsrdən sonra 65 yaşında yayınlanıb. «Həsrətindən kələbçələr (qandallar) çürütdüm» – deyə dünyaya və insanlığa bağıran, bəlkə də pıçıldayan Əhməd Arifin sağlığında bir kitabı vardı. Şairin ölümündən sonra bu kitab düz otuz iki dəfə çap olundu.

* * *

Mən fatalist adamam, Taleyə, metofizik olaylara və əlamətlərə səmimi-qəlbdən inanıram. Rəfail Tağızadə ilə fəlsəfi-estetik baxışlarımız, vərdişlərimiz, üslublarımız fərqli ola bilər, amma qəlbimizə və misralarımıza eyni yerdən, eyni işıq düşür.

Bəzi tənqidçilərimiz kimi poeziyaya, ümumiyyətlə incəsənətə rasional düşüncəylə yanaşmıram. Mən hardasa bohem adamam və bütün bohem adamlar kimi spontan, intiutiv bir həyat yaşayıram. Aydın Əfəndinin, Fəyyad Xamisin, Andrey Voznesenskinin, Nazim Hikmətin, Atilla İlhanın, səkkizinci əsrdə yaşamış çin şairi Van Veyin, fələstinli Mahmud Dərvişin və Vaqifin (V.B. Odər) şeirləri, Qoyyanın, Van Qoqun, Maqrittin, Sezannın, Bəhlulzadənin və Mircavadın tabloları, Alfred Şinitkenin, Con Lenonun, Morissonun, Loqrenin və iyirmi beş yaşlı Türkər Qasımzadənin musiqisi ən ağır, ən kədərli anlarımda mənim sirdaşım olub.

…Rəfail Tağızadə ilə ilk tanışlığımız yaxşı yadımdadır, yaxşı yadımdadır ki, ilk görüşümüzdən sonra uzun illərin dostları kimi ayrılmışdıq.

2004-cü ildə Rəfailin ilk kitabı işıq üzü gördü. Əslində bu kitabda toplanmış şeirlərin üzünə çoxdan işıq düşmüşdü. Rəfail poeziya sevərlərin üzünə bir «QAPI» açmışdı və bu QAPIDAN süzülən işıq şüası onun şeirlərinə, misralarına, sözlərinə hopmuşdu. Onun ilk kitabı Ömür adlı şeirlə açılır. Deməli, Rəfail QAPI arxasında bir şair, bir vətəndaş ömrü yaşayır.

Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.

Göyün üzün аlıb qаrа buludlаr,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.
«Payız lövhələri”ndən daha bir epizod;
Sоyudur аğаcı pаyız özütək
əl еtmir yаnındаn ötən qаtаrа,
kölgədə yаzılаn хаtirələri
kimsəsiz vаqоnlаr yığıb аpаrа .

Rəfail Tağızadənin poeziyası payız üstə köklənib. Bir çox şair dostlarımızın poeziyasında payız ovqatı önəmli yer tutur. Payız rəssamların və şairlərin fəslidir. Rəfailin son illər qələmə aldığı şeirlərini oxuyanda İsaak Levitanın və Səttar Bəhlulzadənin tablolarını xatırlayıram. Rəfailin payız peyzajlarında ağacların yaylığı ayaqlar altında qalır, ağacların əlləri havada çırpınır.

Yеnə gəlib çаtdı pаyız ахşаmı,

yеnə bu könlümdə küləklər əsir,

aхşаm süfrəsində bоş qаlıb bir yеr

kölgələr dоlаşır, kölgələrdə sirr.

Etiraf edək ki, bu misralardan payız qoxusu gəlir. Misralar sanki akvarel boyalarla çəkilmiş naxışlardı. Şair naxış-naxış misralardan payız xalısı toxuyur. Və bu naxışlar bizim milli ornamentlərimiz kimi gözü-könlü oxşayır. Misraların ovsunu sadəcə gözü-könlü oxşamaqla qalmır, sanki birdən-birə canlanır. Canlanır və bizim sevincimizə, kədərimizə, ümidimizə şərik olur. Şair payızda çiçəkləyən ağaclar kimi göyüzünə boylanır-göyüzündə qərib durnalar…

çıxdım qapıdan

arxamca su at

Rəfail Tağızadə yeni bir kitabı ilə yola çıxır. Şairin arxasınca bir dolça su atın…

* * *

Yuxarıda qeyd etmişdim ki, Səttar Bəhlulzadə və İsaak Levitanın rəng əlvanlığı Tağızadənin son illər yazdığı şeirlərdə daha qabarıq şəkildə özünü büruzə verir, amma bu rəng əlvanlığı həzin bir qüssə ilə süstlənib. Başqa bir önəmli nəsnə isə şairin sözlərlə, kəlmələrlə, misralarla çəkdiyi mənzərələrin az qala fotoqrafik bir dəqiqliklə təsvirindən ibarətdir.

Rəfail Qədir Rüstəmovun, Səxavətin yanıqlı bir səslə oxuduqları muğamı və Şopenin polifonik musiqisini sevir – bu musiqi onun payız mənzərələrinin, «Polşa şeirlərinin» musiqisidir. Payız həm də xatirələr fəslidir, indi şair ömrünün xatirələr fəslini yaşayır;

Ağrıdı, acıdı, şirindi, baldı,
gəldimi, getdimi, itdi, ya qaldı,
yığıb saxladığın yoldamı saldı?
Gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.

Şair insan ürəyinin qan rəngli dumanda yarpaq kimi çırpındığı bir ormanda tənha bir ağacın taleyinin gerçəkdən bir faciə olduğu duyğusu bilincaltında uyuyan zamanın əksini çəkir elə bil. Burda insanların dili lal, qulağı kardı, burda göyüzü damar-damardı. Fəqət, burda göyüzündə «Allahın qəlblərə baxdığı yerdən» yağış yağmır, burda göyüzündən qan damır…

Burda insanlar öz ad günlərində anasız doğulurlar…

Aydan boylanan bulud
bağlayır çərçivəsiz qapımı,
örtür şüşəsiz pəncərəmi…

Az qala unudacaqdım-Rəfail Tağızadənin şeirlərində buludlar axıb gedir. Buludlar… buludlar…

Araşdırma və ya bir resenziya sənətkar haqqında tam doğru-düzgün mənzərə yarada bilməz, olsa-olsa onun həyat və yaradıcılığına işıq tuta bilər. Bir rəssamın tablosunu öz gözlərimizlə görməliyik, şairin şeirini oxumalıyıq, mütləq oxumalıyıq.

…Açıq qapı arxasından musiqi səsi eşidilir – bu Şopenin nöktürnüdür.

Musiqiçi dostum
bir nöktürn çal.
Məni məndən qopar,
məni məndən al.

Şopen musiqiylə, Rəfail Tağızadə şeirləriylə Yaradana dua edirlər…

* * *

Telefon zəng çalır – dəstəkdə Rəfailin səsi. Ordan-burdan, mənim səhhətimdən, Suriyadan, Fələstindən, Qarabağdan və Əkrəm Əylislidən danışırıq…

Yenidən masa arxasına keçirəm, amma daha yaza bilmirəm, bu yazı bir telefon zəngi ilə bitir. Içimə çökmüş niskillərin acısı gözlərimi yandırır…

Şeir şairin daxili monoloqudur, yəni iç səsidir.

Rəfail Tağızadənin iç səsini-monoloqunu dinləyin…

«Gecə xəyalları» haqqında düşünün…

Şairin gecə xəyalları ilə öz gecə xəyallarınız arasında bağlılıq tapacağınıza ümid bəsləyirəm, bu isə şair xoşbəxtliyidir.

* * *

İnsan doğulduğu torpağa bənzəyir. Rəfail Tağızadə Qarabağa oxşayır…

Adil Mirseyid

Nİgaranlıq

Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.

Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.

Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.

Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.

10.01.2011

vİtrİndəkİ pаltаrlаr

alıcısını gözləyən vitrindəki pаltаrlаr
utаnаr yаmаn,
utаnаr zаmаn-zаmаn
kirаyənişin bədənə
gеyinilib sоyunulmаqdаn

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать


Rəfail Tağızadə читать все книги автора по порядку

Rəfail Tağızadə - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки LibKing.




Gecə xəyalları отзывы


Отзывы читателей о книге Gecə xəyalları, автор: Rəfail Tağızadə. Читайте комментарии и мнения людей о произведении.


Понравилась книга? Поделитесь впечатлениями - оставьте Ваш отзыв или расскажите друзьям

Напишите свой комментарий
x