Джейран Пиралиева - Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya

Тут можно читать онлайн Джейран Пиралиева - Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - бесплатно ознакомительный отрывок. Жанр: Прочая документальная литература, год 2022. Здесь Вы можете читать ознакомительный отрывок из книги онлайн без регистрации и SMS на сайте лучшей интернет библиотеки ЛибКинг или прочесть краткое содержание (суть), предисловие и аннотацию. Так же сможете купить и скачать торрент в электронном формате fb2, найти и слушать аудиокнигу на русском языке или узнать сколько частей в серии и всего страниц в публикации. Читателям доступно смотреть обложку, картинки, описание и отзывы (комментарии) о произведении.

Джейран Пиралиева - Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya краткое содержание

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - описание и краткое содержание, автор Джейран Пиралиева, читайте бесплатно онлайн на сайте электронной библиотеки LibKing.Ru
"Муслим Магомаев: Вершина в музыке…" Монография посвящена жизни и творчеству народного артиста СССР, композитора, талантливого музыканта, эстрадного и оперного певца, обладателя неповторимого баритона и т.д. Муслима Магомеда оглы Магомаева. В книге описаны семья певца, детство, школьные годы, когда он учился в бакинском Морском клубе, годы стажировки в миланском театре «Ла Скала», жизнь в Москве, гастроли по стране и за рубежом, а также все международные фестивали и событий, в которых он участвовалю. Даются ценные, подробные сведения о философии. В монографии удалось получить обширную информацию об опере Муслима Магомаева, ариях, эстрадных, неополитанских, композиторских песнях, жанрах и т.д. Ценные, приятные отзывы и мнения о нем от известных людей своего времени говорят о Муслим Магомаеве.

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - читать онлайн бесплатно ознакомительный отрывок

Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - читать книгу онлайн бесплатно (ознакомительный отрывок), автор Джейран Пиралиева
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Digər bir tərəfdən isə bu, diribaşlıq uşağın gözünun “açıqlığından”, çevik olmasından xəbər verirdi və çox yaxşı əlamət hesab olunurdu. Ən azından, mən bunu Müslümün problemləri özü həll etmək qabiliyyətinə malik olmasında, riyaziyyat fənnindən qaçaraq başqa məktəbə keçməsində gördüm. Qətiyyətli, bacarıqlı və işini yaxşı bilən Müslüm riyaziyyatdan yaxa qurtara bilmir. Əmisi Cəmaləddin onun riyaziyyatla məşğul olması üçün evə repititor dəvət etməli olur. Lakin bu, heç nəyi dəyişmir, atalar məsəlində olduğu kimi: “dəyirman öz işindədi, çaqçaq baş ağrıdır”.

O, xatirələrində yazırdı: “Çoxda böyük səylə çalışmırdım. Məktəbli masası arxasında oturmaq mənim üçün biz üstündə oturmağa bərabər idi. Musiqi ilə məşğul olmaq tamam ilə başqa idi, çünki bu mənim xoşuma gəlirdi… Lakin riyaziyyat, bütün bu, formulalar, məchul və mötərzələr, ümumiyyətlə, nə isə oxumağa dözümüm, səbirim yox idi. İş o yerə çatmışdı ki, ümumtəhsil fənlər üzrə mənim üçün evə repetitor dəvət edirdilər. Onlardan biri riyaziyyatçı, yaxşı yadımdadı… Əla oğlan idi, eynəkli-ağıllı. O, mənə cəbrdən, ancaq mənim başımda öz düşüncələrim: musiqi və gəzmək dolanırdı. Bir qapıya oynamaq nəhayət riyaziyyat müəllimini bezdirdi.”

Müslümün səhlənkarlığı, riyaziyyat fənninə olan soyuq və laqeyid münasibət sonda riyaziyyat müəllimini dilə gətirir. Artıq hər şeyin mənasız olduğunu görən riyaziyyat müəllim Müsümə deyir: “Səndən heç vaxt riyaziyyatçı olmayacaq. Ona görə yox ki, sən kütsən, zəifsən. Sadəcə olaraq sən bununla heç zaman məşğul olmayacaqsan. Dəqiq elmlər sənin beyninə girmir. Lakin sən istəsən bunu edə bilərsən. Ancaq sən bunu istəmirsən. Buna görə də, gəl musiqi haqqında danışaq.”

Riyaziyyat müəllimi ilə aralarında olan söhbəti Müslüm belə xatırlayırdi:

“Biz saatlarla musiqi haqqInda danışırdıq. Mura xala görürdü ki, biz uzun müddət bir yerdə otururuq, ona görə də məni əmimə tərifləyərək deyirdi:

Bax, ciddi-cəhd, səy göstərir!”

Bütün zamanlarda, hər bir məktəbdə, pedaqoqlar arasında şagirdlərə doğma, yaxın münasibət bəsləyən, peşəsini mükəmməl bilən müəllimlərlə bərabər, həm də peşəsinə laqeyid və soyuq yanaşan müəllimlər olubdu. Bu, yoxlanılmış təcrübəni hər bir şagirdin təhsil aldığı məktəbə şamil etmək olar. Ona görə də, şagirdlər arasında fənn müəllimlərini doğma və ya ögey, yaxın və ya uzaq, bilikli və ya biliksiz, pis və ya yaxşı bu kimi müxtəbulif kateqoriyüalara brlürd. Burda, bir məqamı xüsusilə vurğulamaq lazımdı, ola bilməz ki, bir müəllim hamı üçün yaxşı və ya pis olsun. Sözsüz ki, bu məsələyə hər kəs öz fərdi və şəxsi münasibətlər bucağından yanaşmalıdı. Məhz, bu nöqteyi-nəzərdən Müslümün təhsil aldığı məktəb, həmçinin, pedaqoq kollektivi istisna təşkil edə bilməzdi.

Müslüm yazırdı: “Biz məktəbdə müəllimlərimiz həddən artıq ağıllı, ciddi, ürək sıxan, heç nədən razı olmayan, “təlxək, oyunbaz, məsxərəçi” və sair bu kimi dərəcələrə bölürdük. Bizdə, Arkadi Lvoviç adlı çox güclü, heyran doğuran bir müəllim var idi. O, bizə çoğrafiya və ingilis dilindən dərs deyirdi. Arkadi Lvovic deyirdi:

Avropanın bütün ölkələrini say! Tez!

Onun özü ingilis dilində çox yaxşı danışırdı. Çox sonralar mən müəllimimi vəfatından bir qədər öncə gördüm. Arkadi Lvoviç çoxdan təqaüddə idi, Leninqradda (Sankt -Peterburqda: -C.P.) yaşayırdı. Mən, şəhərə konsert proqramı ilə qastrola gəlmişdim, həmin zaman “Böyük teatr” Leninqradda səfərdə idi. Yadımdadı, mən restoranda şam yeməyi təşkil etdim, “Böyük teatr”ın bir neçə solistini və Arkadi Lvoviçi dəvət etdim. Şam yeməyi əla keçdi, çox yaxşı alındı…

Başqa bir yaxşı pedaqoq isə Aron İzrailoviç idi. O, bizə musiqi savadı fənnindən dərs deyirdi. Ömrümün sonuna kimi bir məqamı heç vaxt yaddan çığartmayacam. Musiqi savadı haqqında hələ heç nə bilmirdik o, isə bizə deyirdi:

Mən sizə deməyəcəm salam, uşaqlar! Əyləşin! Siz də mənə cavab olaraq deməyin: Salam, Aron İzrailoviç! Mən sizə deyəcəm:

-Si-mi-lya-re-sol-do-fa . Siz isə mənə cavab verəcəksiniz Fa-do-sol-re-lya-mi-si.

Bununla da biz həmişəlik yadda saxladıq ki, notun üzərində hansı diyes olmalıdı. Bizdə “oyunbaz, məsxərəçi, təlxək” qrupuna botanika müəlliməsi Yekaterina Minayevna daxil edilmişdi. Onun hərəkətlərində, sanki, qeyri-adilik var idi. Bu, müəllimənin mənə qarşı meyl gostərməsi hiss olunurdu. O, daima nəyi isə mənə irad tuturdu:

-Maqomayev, sən nə edirsən?

-Heç nə.

-Nə lazımdı, onu elə!

Nəyin lazım olduğunu və necə etməyi isə mən anlamırdım. On üç yaşım olanda mənim bığlarım çıxmağa başladı. Bir dəfə müəllimə mənə dedi:

-Maqomayev niyə sənin bığların çıxmağa başlayıb?

Bu, yaşlı qadının tamamilə azyaşlı oğlandan bunu soruşması mənim üçün qaranlıq qalırdı. Əlbəttə, mən qısa cavab verərək dedim:

-Bilmirəm! Mən tanış kişidən soruşaram, nə edim ki, bığlar böyüməsin.

Ən gülməli isə o idi ki, bizim müəllimənin bığcığı mənim bığımdan böyük idi”.

Sözsüz ki, məktəbdə baş verən proseslər Müslümünn şəxsi baxış bucağı hesab oluna bilər. Çünki bəzən elə olur ki, məktəbdə bundan qat-qat, daha artıq, daha maraqlı və ya, əksinə, kifayət qədər başqa neqativ hallar yaşanır.

1958-ci ildə “Böyük teatr” Bakıya qastrol səfərinə gəlir. Müslümün bu teatrla ilk tanışlığı məhz, həmin zamana təsadüf edir. Hamıya yaxşı bəlli idi ki, “Böyük teatr” sabiq SSRİ məkanında opera və balet sənətinin etalonu hesab olunurdu. Qeyd etmək yerinə düşər ki, sovetlər ölkəsində ən yaxşı opera müğənniləri və balet ustaları “Böyük teatr”da cəmlənirdi. Bu, teatr, sözün həqiqi mənasında, “Böyük” idi. Çünki opera və baletin məbə-di hesab olunan bu, mədəniyyət ocağı Avropanın (İtaliya, Fransa, Böyük Krallıq) , o cümlədən dünyanın (ABŞ, Yaponiya, Çin) ən aparıcı kollektivləri ilə rəqabət aparmaq gücünə malik olan bir musiqi məbədi idi. Belə bir məqamdan istifadə edən rəhbərlik Müslümü yoxlamaq qərarına gəlir.

Bu, barədə Müslüm xatirələr kitabında yazırdı: “Mən, Mefistofelin “Faust” əsərindən kupletlər, “Sevilya bərbəri” operasından isə Fiqaronun kavatinasını, həmlarçinı, bir neçudı Təqribən saat yarım oxudum. Heç bir münasibət… Daş si-fətlər…

–Sağ ol, gənc oğlan! Siz bir qədər dəhlizdə gəzişin, biz isə yoldaşlarla məsləhətləşək.

Müzakirə çox uzandı. Nəhayət ki, bizim qeyri-adı komissiya Niyazı əminin rəhbərliyi altında burunlarını sallayaraq otaqdan çıxdılar. Orda nəyin baş verdiyini anlamadığım üçün, bizim teatrın solisti Bünyatzadəyə yaxınlaşıb soruşdum:

-Bünyad əmi, niyə bizimkilərin burnu yernən gedir?

O, isə belə bir cavab verməklə, sanki, məni sakitləşdirdi.

-Əh, nə olsun ki, hərdən belə də olur, oğlum! QocalIblar! Cavanları başa düşmürlər.

Mən qətiyyətlə Bünyad əmiyə yenə muraciət etdim və soruşdum:

-O, nə dedi?

-Heç nə demədi. Sürünün, -dedi, -onunla əhəmiyyətli heç nə. Yaxşı səsi olan oğlandı, bundan artıq heç nə…

Mən əməlli-başlı həyəcanlandım, amma tez də soyudum”.

Müslümün doğmaları hələ də narahat olmaqda idilər. Onlar əmin idilər ki, uşaqda mutasiya davam edir, ola bilsin ki, səs tamamilə dəyişsin və ya birdəfəlik itsin. Odur ki, Müslümü mütəxəssisə gostərmək lazım gəlir. Elə bu, zaman Camaləddinin gozünə bir qəzet məqaləsi sataşır. Həmin məqalədə deyilir:

“Moskva ətrafında, ya larinqoloq-müğənni, ya da müğənni-həkim yaşayır”.

Çox nadir hallarda olur ki, insan, həm səs tellərinin, həm də vokalın incəliklərini mükəmməl bilsin. Mən, Müslümün həyatının kiçik bir anını xatırladan bu hissədə, əmisi Camalın diqqət və qayğısı ilə yenidən rastlaşdım. Bir daha əmin oldum ki, Ayşət xanımın oğlu Müslümün “acılı uşaqlıq illəri” ilə bağlı söylədiyi fikirlər tamamilə yanlışdı. Ziyalı mühitində böyüyən Müslüm əmisindən və onun həyat yoldaşından kifayət qədər yaxşı təlim-tərbiyə, isti, mehriban, doğma münasibət görmüşdü. Əks təqdirdə onun kim olacağı böyük sual altında qala bilərdı. Göründüyü kimi, hətta, yaşla bağlı səs tellərində yaranan dəyişikliklər bu, iki insanı bərk, həmçinin, kifayət qədər ciddi narahat edirdi. Muslum bu, məqamı qələmə alaraq yazırdı:

“Camal əmim mənə dedi:

-Mən, Moskvaya gedirəm. Yığışdan, mənimlə gedəcəksən. Bu, həkimi taparsan və onun üçün oxuyarsan. Qoy o, sənin boğazına diqqətlə baxsın.

Mənim yaşımın keçici dövrü əmimə rahatlıq vermirdi. Ancaq səsin keçiciliyi artıq yox idi. Qurtardi! Cənubda yaşayan uşaqların hamısında olduğu kimi: burda, yetişmə dövrü tez baş verirdi.

Moskvaya gəldik! “Moskva” mehmanxanasında dayandıq. Bizim nömrəmiz binanın ən yüksək yerində yerləşirdi. Burdan paytaxta baxış meydançasında oldugu kimi tamaşa edirdim. Moskva haqqında olan ilk təəssuratlarımı geniş danışmayacağam: ağzımı açıb hər keçənin üzünə baxıb gəzirdim. Həmin vaxt Moskva yaxşı təmizlənmiş və bəzədilmiş təsiri bağışlayırdı. İnsanlar gülərüz, səmimi, mehriban, xoş görünürdülər, çünki başqa zaman idi, tamamilə indiki dövrə, qaşqabaqlı-qayğılı, özünə qapanoxan-fikirli insanları olan. Əmimin SSRİ Dövlət Plan Komitəsində işi var idi: həmin vaxt o, Azərbaycan Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışırdı”.

Müslümün Moskva ilə bağlı təəssuratlarından anlamaq olur ki, gələcəyin böyük musiqiçisi ilk baxışdan, həm SSRİ-nin paytaxtını, həm də moskvalıları sevir, bu şəhərə, onun sakinlərinə səmimi qəlbdən bağlanır, ömrünün arxada qalan çox hissəsini burda yaşamalı olur. Müğənni heç bir böyük coşqu, həyəcan keçirmədən fikirlərini geniş, aydın və müfəssəl formada qələmə alaraq xatirələr kitabında yazırdı:

“Mən bütün həyatım boyu məhəbbətimi iki yerə bölmüşəm: Azərbaycan mənim atam, Rusiya anam olubdu. Doğulduğum yer isə “Qurultaylar Sarayı”dı.

Həmin gün Moskvanı kifayət qədər gəzib dolaşan Müslümlə əmisi Camal arasında həkimin yanına getməklə bağlı kifayət qədər ciddi söhbət olur. O, yazIrdI:

Camal əmim dedi:

-Sabah səhər tezdən mən işlə əlaqədar məşğul olacam, sən isə həkim Petrovu axtar. Sən artıq böyümüsən, on altı yaşın var, bələdçisiz keçinməyin vaxtı çatıbdı.

Mən qorxaq deyildim, əksinə, kifayət qədər inadkar və cəsarətli idim: Başqa şəhər, paytaxt olmasına baxmayaraq itməkdən qorxmurdum. Moskva ətrafında yaşayan Petrovu axtarıb tapdım. Bundan sonra həqiqətən kənd başladı. O, ozü qapını açdı. Evdəki vəziyyət heç də onun həkim olmasından xəbər vermirdi: nə kabinet, nə tibbi avadanlıq, nə də ki, tibbdən əsər-əlamət… Həkim başına larinqoloq güzgüsünü taxdi, parlaq işığı yandırdı və mənim səs tellərimə baxdı:

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать


Джейран Пиралиева читать все книги автора по порядку

Джейран Пиралиева - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки LibKing.




Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya отзывы


Отзывы читателей о книге Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya, автор: Джейран Пиралиева. Читайте комментарии и мнения людей о произведении.


Понравилась книга? Поделитесь впечатлениями - оставьте Ваш отзыв или расскажите друзьям

Напишите свой комментарий
x