Rəfail Tağızadə - Su üzərində bahar
- Название:Su üzərində bahar
- Автор:
- Жанр:
- Издательство:неизвестно
- Год:неизвестен
- ISBN:9785449834065
- Рейтинг:
- Избранное:Добавить в избранное
-
Отзывы:
-
Ваша оценка:
Rəfail Tağızadə - Su üzərində bahar краткое содержание
Su üzərində bahar - читать онлайн бесплатно ознакомительный отрывок
Интервал:
Закладка:
Bu məsum gecəni, kövrək gecəni,
bir görən oldumu bizdən savayı?
Alıb ulduzların uzaq salamın,
dənizin səsini duyan oldumu?
Bir az rahatlanıb, bir az boşalıb,
röyalar içində batan oldumu?
Üstünə yüyürən ağappaq ləpə
ipək əllərinə gəlib dolacaq.
Sonra da dənizin xəlbət sözünü
sənin qulağına pıçıldayacaq.
Bu məhrəm söhbəti bitirsin deyə,
hələ neçə kərə gedib gələcək,
sözləri birəbir gəlib deyəcək.
Sonra da dənizin köpük havasın
xəstə ürəyimə səpib gedəcək.
Sənin dərd ortağın, o söz sirdaşın
ağaran ləpələr, o ağ ləpələr
sahilə ağ yaylıq sərib gedəcək.
Üstünə yüyürən, üstümə qaçan
o coşan dalğalar, sakit ləpələr
xatirə yazacaq gecə adına,
qumlu sahillərin boz yaddaşına,
qulaq yaddaşına, göz yaddaşına.
Bu gecə ay da yox, ulduzlar, dəniz,
bir də ki, o tənha sahildəki biz.
Əriyən gecədə, sönən gecədə,
bizləri bir yerdə tutan gecədə,
ulduzla, dənizlə qalıb baş-başa,
gəzərik gecəni biz qoşa-qoşa,
gəzərik sahili o baş, bu başa.
Bu gecə ay da yox, ulduzlar, dəniz,
bir də ki, o tənha sahildəki biz…
30.12.2013Dənİz sevgİsİ
Məni dəniz boğsa bir dərdim olmaz.
Bilirəm, ustufca, lap aram-aram
çəkib öz qoynuna alacaq məni.
Bir az tumarlayıb, bir az oynadıb
əliylə gözümü yumacaq mənim.
Qoymaz son sozümü, qoymaz deməyə.
Ona dərd olacaq, dözməz bu dərdə.
…Məni sakitliyə aparıb gedər,
itirər gözlərdən, itirib gedər.
Yığar balıqları üçə, yeddiyə,
«baxdınız, gördünüz», «dağılın» – deyə,
qovar balıqları, qovar yanımdan.
Yuyub, rahatlayıb basdırar məni,
canlılar gözündən azdırar məni.
Rekviyem çaldırar susan sulara,
ay da işıq salar, gecə durular…
Üstümə yosunlar döşəyər, tökər,
içimə bir sevgi toxumu səpər.
Oxşayıb, oxşayıb yatırar məni,
sevginin qoynunda batırar məni.
Məni dəniz boğsa, heç dərdim olmaz,
üzümdə sevginin naxışı solmaz.
27.01.2015Dənİz gözlüm
Dəniz gözlüm…
Qoy məni gözün üstünə,
nə olsun üzə bilmirəm.
Baxıb mənə ötüb getmə,
bilirsən dözə bilmirəm.
Əlimi götür əlinə,
əlim əldə itən olur.
Durub, durub lap qəfildən
bir gül təki bitən olur.
Sən ki, sevirsən gülləri.
Gül ətirli, dəniz gözlüm.
Dənİz nəğməsİ
Gedəkmi, ala gözlüm,
sevdiyimiz dənizə?
Eşidib qağayılar
nəğmə oxusun bizə.
Ləpələr gəlib yusun
sahildəki izini.
Ay da çıxıb dəyişsin
dənizin bənizini.
Dalğalar layla desin
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Интервал:
Закладка: