Xaliq Azadi Məmmədov - Qəm yağışı
- Название:Qəm yağışı
- Автор:
- Жанр:
- Издательство:неизвестно
- Год:2021
- ISBN:нет данных
- Рейтинг:
- Избранное:Добавить в избранное
-
Отзывы:
-
Ваша оценка:
Xaliq Azadi Məmmədov - Qəm yağışı краткое содержание
Qəm yağışı - читать онлайн бесплатно ознакомительный отрывок
Интервал:
Закладка:
– Hara, Azad? Nə tez yaddan çıxartdın xahişini? Mən sənə arxada yer saxlamışam, buyur gəl, otur.
İnqanın arxa tərəfi boş idi, keçdim ora.
– Bu başqa məsələ! Belə olarsa, dərsə həvəs də olar adamda, – dedim, – bir də gördün əlaçı oldum!
– Yaxşı, bəs sən tez gəlsən necə olacaq? – İnqa soruşdu.
– Nə olar ki, həmin şey. Mən qabağımdakı yeri saxlayaram sənin üçün.
Çox keçmədi ki, bu zarafat, bu hal adətə çevrildi. Tələbə yoldaşlar da qoşuldular bu işin icrasına. İnqa harada otursaydı, arxada bir yer boş saxlanılardı. Mən tez gəlsəydim, qabaqda boş yer gözləyəcəkdi İnqanı.
3-cü hissə
Bir axşam yenə dərsdən çıxıb avtobusa doluşduq, mən sükan arxasına, dostlar salona. Təzə yola düşmüşdük. Həmişəki tək, səs-küydən ağız deyəni qulaq eşitmirdi. İnqa sərnişinlərlə sürücü arasında olan şüşə arakəsməyə yaxınlaşdı. Pəncərəni açıb mənə bir şəkil uzatdı və astadan:
– Al. Azad, belə şeyləri itirmək olmaz! – dedi.
Aldım şəkili. Bu şəkil mənim ən böyük istəyim – arzum idi, bu şəkil ən böyük itgim idi. Neçə illərdir ki, bu şəkil döş cibimdə ürəyimin döyüntüsünə yoldaş olub. Mənimlə hərbi xidmət keçib. Sevincimin, məhəbbətimin yadigarıdır bu şəkil. Necə ola bilərdi ki, bu şəkili itirmişəm.
İki gündən sonra institutda tənəffüs vaxtı yaxınlaşdım İnqaya:
– İnqa, sağ ol şəkili qaytardığına görə! Amma, zəhmət olmasa, başa sal. Haradan tapdın bu şəkili?
– Qarderobdan.
– Axı, nə bildin ki, o şəkilin sahibi mənəm? Şəkilin arxasında heç nə yazılmayıb!
– Dəfələrlə dərs vaxtı sənin bu şəkilə baxdığını görmüşəm. Sən məni bağışla, Azad, əgər bu şəkili sənin əlində görməyim, baxmağım etika dairəsindən qırağa çıxırsa.
– İnqa, elə demə. Şəkildir, görmüsən, nə olar?
Bir neçə gün keçmişdi aradan. Dərsin sonu idi. Çıxmaq istəyirdim ki, İnqa yavaşdan:
– Azad, bircə dəqiqə gözlə, bir yerdə çıxaq!
Mənə elə gəlirdi ki, İnqa məndən nəsə soruşmaq istəyir amma, nədənsə çəkinirdi. Axır özüm dedim:
– Nəsə sözün var, İnqa?
– Var. Amma, bilmirəm necə soruşum?
– Soruş, necə bacarırsan. Sənin sualın məni incitməz.
– İnciməyəcəksən?
– Səndən necə incimək olar, İnqa!
– Sənin saatlarla qəmli oturmağını hamı görür. O şəkil doğrudanmı sənə çox əzizdir? O şəkildirmi, daha doğrusu, şəkildəki insandırmı sənin hər dəqiqə köks ötürməyinə, uzun-uzadı kədərə bürünməyinə səbəb? Həsrətdirmi səni qəmləndirən? Sən o şəkilə baxanda ətrafı tam unudursan.
– İnqa, insana öz əli, gözü, ürəyi necə qiymətlidirsə mənə də o şəkil bir elə qiymətlidir.
Bu söhbətdən sonra mən İnqanın qəflətən dəyişdiyini, kədərləndiyini gördüm.
Əfsuslar, mən İnqayla söhbətimdə dərdimi sonacan demədim ona. Şəkil sahibinə həsrətin əbədi olmağını, onu bir dəfəlik itirdiyimi demədim. Mən nədənsə, düşünmüşdüm ki, İnqa özü başa düşüb mənim şəkil sahibini bir yolluq itirdiyimi.
İkinci səhvimsə İnqanın bir də təkrar dediyi bir cümlədən nəticə çıxara bilməməyim oldu.
İnqanın dediyi cümlə bu idi:
– Sən o şəkilə baxanda unudursan ətrafı.
İnqa artıq sual vermədi. Ümumiyyətlə, İnqa artıq sual verməyi sevmirdi. Mənim yadıma gəlmir ki, İnqa o dövrdə, ya sonralar, hətta, bədbəxtliklər bir-birinin dalıyca onun başına töküləndə belə artıq sual versin. İllər keçəndən sonra onun bu xasiyyətinin səhv olduğunu gördüm. Əgər vaxtında ürəyindəki sualları ortaya qoya bilsəydi biz iki gənc insan arasında qaranlıqlar qalmayacaqdı, gələcək fəlakətlər yolumuza çıxmayacaqdılar.
– İnqa sual etmədi, mənsə izah etmədim- belə səhv prinsiplə keçdi hər günümüz…
Beləcə günlər keçirdi, İnqayla aramızda olan dostluq-yoldaşlıq münasibəti öz simasını dəyişərək ecazkarlıq gəzən gəncliyin tələblərinə uyğunlaşırdı. Artıq hər ikimiz üçün vaxt edib bir yerdə olmaq adətə çevrilmişdi. Bizim aramızda olan bu görüşlər çox sadəliyi və məcburiyyətsizliyi ilə seçilirdi. Daha birbir-birimiz üçün darıxdığımızı gizlətməyə ehtiyac yox idi.
4-cü hissə
Baysalın insitutu Politexdən 200–300 metr məsafədə olduğu üçün, mənim sürdüyüm avtobusla gedib-gəlməyim ona da əlverişli idi. Baysalın dərsləri bəzən tez başa çatırdı. Olurdu ki, о gələrdi bizim inctitutda gözləyərdi, biz bir yerdə çıxardıq. Beləliklə o da qrupumuzla, o cümlədən İnqa ilə də tanış olmuşdu.
Baysal yaxşı həmsöhbət olmağı bacardığı üçün hamımıza xoş idi onun bizimlə olmağı.
Bir axşam mən dərsə avtobusumla getmişdim. Dərsdən çıxanda gördüm avtobus tələbə yoldaşlarımla dolub. Baysal da buradaydı. Gəldik sağ sahilə. Tələbələr düşdülər. Baysalı gətirdim yataqxananın həyətinə. Əvvəl istədi mənimlə qalsın.
– Gedək, İnqanı düşürdək. Mən də sənlə qaraja gedərəm. Yoldaşlı gələrik.
– Yox, nəyə lazım. Sən get istirahətini et. Mən İnqanı yolüstü aparacam yataqxanalarına. Oradan da parka gedəcəm, avtobusu qoyacam. Üç saat çəkəcək, ən azından.
Baysal düşüb getdi. Sona qalan İnqa oldu. Avtobusu sürdüm onların yataqxanalarının həyətinə. İlk dəfə idi gecənin ortasına qədər bir yerdə olduq. Son ilimin ən şirin axşamı idi. Ürəyimdə çox sözlərim vardı. Amma, şən gülüşlər, zarafatlar, xoş məqamlar ciddi söhbətlərə yer vermədi. Gecənin ortası ayrıldıq.
Mən parka girəndə cədvəldəki vaxtdan üç saatdan çox gecikmişdim. Bilirdim ki, məndən izahat tələb edəcəklər. Elə də oldu. Günorta parkın yeməkxanasında yemək yeyirdik. Stol arxasında dörd nəfər idik. İki iş yoldaşım, Baysal, mən. Təzəcə yeməyə oturmuşduq. Mənə yaxınlaşıb dedilər:
– Səni və filankəsi (digər sürüçü) təhlükəsizlik şöbəsi gözləyir.
Mən başa düşürdüm səbəbini. Ona görə dillənmədim. Amma, yoldaşlardan biri xəbəri gətirəndən sual etdi:
– Bimirsən, onları neynəyəsidirlər orada?
– Deyəsən, səhərə yaxın gəlib çıxıblar avtobusla bir yerdə!
Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim yalnız. Baysal qəfildən sual verdi:
– Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir?
Mən gülərək başdansovdu cavab verdim:
– Dostluq səviyyəsində.
– Yalnız dostluq!
– Yalnız dostluq.
Mən bu sualları ciddi qəbul etmədim…
Həftənin üçüncü günü id. Üçüncü günləri axşam şöbəsində dərslər olmur. Axşam üstü çıxıb dayanacaqda avtobus gözləyirdik. Mən istirahət günüm olduğu üçün işləmirdim.
– Görəsən, İnqa niyə dünən dərsə gəlməmişdi? – Baysal sanki, təsadüfən dedi.
– Gəlmişdi. İcazə alıb tez də qayıtdı. Deyəsən, azca nasaz idi.
– Demədi, nə olub?
– Yox.
– Bəlkə gedək onlara, onsuz da boşuq.
– Xəbər etməmiş, çağırılmamış?
– On beş dəqiqəlik yoldur avtobusla onların yataqxanasına. Aşağıdan vəziyyəti soruşaq, çıxaq gedək.
– Səhər onsuz da görəcəm.
– Boşuq onsuz da, gedək, xahiş edirəm.
İnqa gilin yataqxanası bir elə də uzaq deyildi. Oturduq marşuruta, 10–15 dəqiqədən sonra yataqxananın arxa tərəfində idik. Otaqları ikinci mərtəbədə olduğu üçün səsləmək də asan iş idi. Yaxınlaşdıq. Pərdə salınsa da, kimlərinsə hərəkəti görünürdü.
İki-üç dəfə astadan "İnqa, İnqa!" – deyə çağırdım. Eşidən olmadı. Keçdik tələbə metoduna, yerdən xırda daşlardan bir neçəsini vurduq pəcərəyə. Pəncərə açıldı, otaq yoldaşlarından birisi səs verdi.
– Axşamınız xeyir! Dedik, görək İnqanın vəziyyəti necədir. Dünən nasaz idi.
İnqanın səsi eşidildi:
– Dayanın, düşürəm aşağı.
Biz etiraz etsək də, İnqa artıq bayırda idi. Bizim gəlişimiz İnqa üçün gözlənilməz olmuşdu. Sevincinin həddi-hüdudu yox idi.
– Nə qədər şadam sizin gəlişinizə, uşaqlar! Qalxaq yuxarı, çay qoyum.
– Yox, İnqa. Gəldik, öyrənək vəziyyətini. Narahat idik, o cümlədən də bizim dost! Məni şəhərin o başından piyada çəkib gətirib bura, heç olmasa, taksi tutaydı. Əvvəllər xəsis deyildi! Heç olmasa utana, bir qonaqlıq filan boyun ola, bizi bir restorana dəvət edə! -mən tam zarafatla dedim bu sözləri!
İnqa əlavə etdi:
–Əla olardı! Nə vaxtsa birinci dəfə lazımdır ki, olmaq restoranda! -
Baysal sinəsini verdi qabağa:
– Yaxşı, əgər ciddi deyirsinizsə, mən hazır! Bir qəşəng qonaqlıq məndə! Harada, nə vaxt desəniz, mən hazır!
Onlar başladılar plan qurmağa. Mən zarafat edirdim, Baysal ciddi qəbul etdi. Və ümumiyyətlə bu iş mənə lazım deyildi. Niyə? Bilmirəm.
– Yaxşı, dostlar. Siz düşünün, plan çəkin. Mən gedim. Təcili işim var, gedim onun dalınca. Sonra baxarıq!
İnqanın sevindiyini gördüm. Ona çox xoş idi ki, mən istəmədim onu Baysalın yanında görüm. Razı halda:
– Mənə heç nə gərək deyil, Azad, mən zarafat edirəm. Təcili işin varsa, mən də gedim, hazırlaşmaq lazımdır. – dedi.
Mən Baysalı pis vəziyyətdən çıxarmaq xatirinə ayrı mövzuya keçdim. Xeyli söhbətləşib ayrıldıq.
– İnqa necə gözəldir, ilahədir! – dedi Baysal yolda.
– İnqa həm gözəl və həm də əsl insandır! – dedim.
5-ci hissə
Günlər həftələri əvəz edirdi, həyat gündə bir yenilik gətirməklə qabağa yeriyirdi. Daha doğrusu uçurdu qabağa. Hər şey dəyişməyə üz tutduğu vaxt, yeniliklər tələb olunan yerdə mən yeganə məxluq idim ki, dünənimdən çıxa bilmirdim. Şüurum, zəkam bu günün tələblərinin dalısıyla çata bilmirdi. Ən pisi də bu idi ki, nələrin mənim özümdən asılı olduğunu yaxşı dərk edə bilmirdim, hərəkətsiz dayanıb, səs-küylə, taqqıltı ilə gedən həyat qatarının arxasınca baxırdım!
Keçmişin xatirələrindən silkinib çıxmağı bacarmaq lazımdır. Bu günkü günlə, bu günün tələbləri ilə ayaqlaşmaq gözəl bacarıqdır. O dövr, o il üçün ən başlıca bir səhvim yaşayırdı mənimlə: ətrafımı, həmişə qaynayan gənclik məkanını, cavanlığın tələblərini olduğunca dəyərləndirə bimədim, gecikdim.
Mənə talehimin təklif etdiyi İNQA adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqluğu nələri gətirə bilərmiş gündəmə!..
Kaş bu səhlənkarlığın bizə, xüsusən də İnqaya necə baha başa gələcəyini görə biləydim!
…İnstitutda kanikullar başlamışdı. İstifadə edərək təcili surətdə bir aylığına vətənə getməyi qərara aldım. Bir gün içərisində işdən mənzuniyyət götürdüm, bilet aldım.
Belə tələsməyə bir – iki səbəb vardı. Həmişə mən tələsmişəm, indi də hər nə etsəm tələsik edirəm. Həmişə də tələsməyimin ziyanını çəkirəm.
Читать дальшеИнтервал:
Закладка: