Xaliq Azadi Məmmədov - Qəm yağışı

Тут можно читать онлайн Xaliq Azadi Məmmədov - Qəm yağışı - бесплатно ознакомительный отрывок. Жанр: Зарубежное современное, год 2021. Здесь Вы можете читать ознакомительный отрывок из книги онлайн без регистрации и SMS на сайте лучшей интернет библиотеки ЛибКинг или прочесть краткое содержание (суть), предисловие и аннотацию. Так же сможете купить и скачать торрент в электронном формате fb2, найти и слушать аудиокнигу на русском языке или узнать сколько частей в серии и всего страниц в публикации. Читателям доступно смотреть обложку, картинки, описание и отзывы (комментарии) о произведении.

Xaliq Azadi Məmmədov - Qəm yağışı краткое содержание

Qəm yağışı - описание и краткое содержание, автор Xaliq Azadi Məmmədov, читайте бесплатно онлайн на сайте электронной библиотеки LibKing.Ru
Həyatın sirli yollarında, qaranlıq döngələrin o biri tərəfində yolçunu nələr gözləyir, kim bilər! Əsər iki gəncin faciəli hyatından, bu faciyə qarşısında son ümüd tək, səfərbər olunmuş gözəl məhəbbətin apardığı mübarizədən danışır.

Qəm yağışı - читать онлайн бесплатно ознакомительный отрывок

Qəm yağışı - читать книгу онлайн бесплатно (ознакомительный отрывок), автор Xaliq Azadi Məmmədov
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

– İnqa xəstəxanaya düşdü! -dedi.

– Necə xəstəxanaya? Nə olub?.

Sən demə, İnqa 7 ayın içindəymiş. Neçə vaxt varmış ki, ağrıyırmış. Dünən ağrı güçlənib, aparıblar xəstəxanaya. Oradan yataqxanaya zəng edib, rəfiqəsini çağırıb.

– Axşam və bu səhər baş çəkmişəm, İndi bir iki lazımı əşyalar var, götürüb yenə gedəcəm xəstəxanaya.

– Görəsən, həkimlər nə deyr? Uşaq barədə nə düşünürsən?

– Uşaq barədə bir məlumatım yoxdur. Yəqin bu gün bilərəm. Amma, düşünürəm ki, uşaq qalmayacaq. itirəcək uşağı. İnqa özü də bilir.

Axırda əlavə etdi.

– Mən evə gedirdim. Yolumu dəyişib bura gəlməyimi İnqa xahiş etdi. Səni xəbərdar etməyimi istəyirdi.

Günorta yeməyinə ayrılan vaxtı getdim doğum evinə. Məni tək görüşməyə gələnlər, cavanlar, yaşlılar dolu idi. Hamı pəncərə vasitəsi ilə əlaqə saxlayırdılar. Doğum evinə kənar şəxsin girməyi qadağandır. Mən də dayandım pəncərə ilə üzbə-üz. Palatanın yerini bilirdim. Pəncərəyə üzümü tutdum, çağırdım. Qonşu otaqdan kimsə boylandı. İşarə ilə xahiş etdim ki, qonşu otağı çağırsınlar. Bir az keçmiş İnqa gəldi pəncərənin qabağına. Balaca gözlüyü açdı. Yerdən ikinci mərtəbə ilə danışmaq çox asandır, elə bil, yan-yana durursan Amma biz danışa bilmədik. Daha doğrusu, mən danışırdım, İnqa nədənsə dönmüşdü heykələ.

– Salam, İnqa!

Əli ilə salamlaşdı.

– Necəsən?

– … sükut!

– Həkim nə deyir?

– …

– Nə vaxt gəlim dalınca, səni aparım?

– …

Mən də susdum.

İnqa şüşəyə yapışmışdı. Ağlayırdı.

– Ağlama, İnqa…

– …

Sinəmdən “ah!”lar çıxdı:

– Yalvarıram… ağlama…

– …

Yalvarış dolu baxışlar nəsə danışırdı…

12-ci hissə

İşi başa vurub tələsik getdim Baysal gilə. Qapını açdım, girdim içəri.

– Salam, işlər nə yerdədir?

– Yaxşı ki, gəldin, Azad! Bilirsən nə gəldi başımıza?

Dedim:

– Bilirəm. Narahat olma, hər şey yaxşı olacaq.

– Yazıq İnqa! Görəsən necədir? Bir baş çəkməyin pis olmazdı, bəlkə nəsə kömək lazımdır.

– Getmişdim, bir dəyişiklik yoxdur. Rəfiqəsi də yanındadır. Narahat olma, lazım olsa, mənə xəbər edəcəklər.

– Heç olmasa İnqanın işləri yaxşı olaydı, uşaq son ümidimdir.

Gecənin ortasınacan oturdum. Baysalın yeməyinə kömək etdim. Onun narahatçılığı

çatmışdı son həddə. Saat 3 olardı, durdum ayağa.

– Gedirsən? – dedi. Gözlərində təşviş gördüm.

Ürək ağrısı götürdü məni. Pəhləvan tərpənişli bir insanın bu günə düşməyini görmək nə qədər ağır idi! Neynəmək olardı.

– Mən gedim, sən narahat qalma, səhər açılsın, sənə xəbər gətirəcəyəm, – deyərək çıxdım

– Gözləyəcəm, – arxadan zəif səsini eşitdim.

Sabahın açılmasına az qalmışdı. Dan yeri sökülür, üfüqlər rəngini dəyişərək tədricən qızarırdı.Təsadüfü maşınlarla iş yerinə gəlib çıxdım. Avtobusu götürüb xəttə çıxmalıydım. Fikrim dispetçerlərlə danışıb 2–3 saat icazə almaq, doğum evinə dəymək, sonra Baysalı görmək idi. Dispetçer qızları dilə tuta bildim.

"Doğum evi yəqin ki, onsuz da bağlıdır". -düşündüm. Gəldim yataqxanaya. Bu gecəni heç beşcə dəqiqə yatmamışdım. Birinci dəfə deyildi ki! Yuxusuz gecələri hiss etdirməyən gözəl anlarım çox olmuşdu. Amma, indi səbəb başqaydı. Gənc orqanizm üçün bir gecə yatmamaq necə də asan imiş!

Əl-üzümü yudum. Çaydanı doldurub qaynatdım. Çay içib çıxdım. Saat 9 olardı ki, doğum evinin qarşısında dayandım. Bəzi pəncərələrdən işıq gəlirdi.

– İlahi, heç olmasa İnqanın vəziyyəti yaxşı olsun, uşaq barədə çətinliklər olmasın. Yazıqdırlar hər ikisi.

Yaxınlaşdım ki, girəm içəri, arxadan səslədilər. İnqanın ən yaxın rəfiqəsi idi. Salamlaşdıq.

– Sabahın xeyir, – dedim.

– Sabahın xeyir, – cavab verdi.

– Gedək görək, Taley kimi verib bizim dostlara!

– Çox sevinməyə dəyməz, Azad. Məyus edici xəbər var… – rəfiqəsi az qala ağlayacaqdı.

– Nə olub, nə məyusluq?

– Dünən axşam üstü mən burada idim. İnqanın uşağı ölü doğuldu.

– İlahi, bəla niyə tək gəlmir insana! – Mənim azərbaycan dilində dediyim bu sözlər haray tək, şəhərin təzə açılan səhərinin sakitliyində əks-səda verdi.

Rəfiqəsi dilləndi:

– İnqa evə getmək istəyir, indi buraxacaqlar, aparaq evə.

Bir az keçmiş, bənizi saralmış İnqa rəfiqəsinin qolunda çıxdı çölə. Bir vaxtları gözəlliyi ilə seçilən, daxili gücü ilə başqa qızlardan fərqlənən İnqanı tanımaq olmurdu. Onun arıqlamış, saralmış üzünə iztirab yazılmışdı, kədər yazılmışdı. Özümü itirmişdim, söz tapa bilmirdim. Qolundan tutub oturtdum salona.

Özündə güc tap, inqa! Sənə yaşamaq lazımdır, – dedim.

Mənə sıxıldı, nəsə demək istədi, göz yaşları imkan vermədi. Salondan çölə qaçdım. Mənə çətin oldu İnqanın yanında dayanmaq, tab gətirə bilmədim!

Gətirdim evlərinin həyətinə.

– Siz gedin, – dedi. – Mən özüm deyəcəm Baysala! Siz çıxın gedin,mənim əzizlərim! – Amma, sən, – üzünü rəfiqəsinə tutdu, – günortayacan hökmən gəl bizə, bir az köməyin lazım olacaq.

13-cü hissə

Fevralda Baysal köçdü dünyadan. Həyatdan aldığı zərbələrə dözə bilməyən bədən daha tab gətirə bilmədi, məchul bir gücə təslim oldu. Baysalın həyatdan getməyi dost-tanışları qəmgin etsə də, gözlənilməz olmadı. Onun günü-gündən sap-sarı saralmağı, qurumağı hamını çoxdan hazırlamışdı belə finala.

Dostlar, iş yoldaşları yığıldıq. Son mənzilə yola saldıq cavan bir insanı…

19 yaşlı qarı- bəli, mən səhv salmamışam- 19 yaşlı bir qoca qarı söykənmişdi mənə. Dilsiz-ağızsız, yalnız inildəməyə gücü çatan heysiz. bədbəxtliyə düçar bir neçə aya qocalmış qız-qarı…

İnqa özünə gələ bilmirdi. Saatlarla susur, bəzən verilən suala cavab vermirdi. Kimlərsə incimişdi, İnqanın susmağını saymamazlıq tək qəbul edənlər də olmuşdu. Axı, daxilində dağ boyda dərdi gəzdirən bir insanın həmsöhbət olmağı, gülümsəməyi asan idimi? Onun hər baxışı, hər «ah» çəkməyi yalvarış idi, köməyə çağırış idi. Mənim üçün çox ağır idi bütün bunların şahidi olmaq.

– Belə olmaz, İnqa! Ayrıl dünənindən, özünü ələ al. Danış bizimlə, çıx gəz bizimlə, başını qat. Bütün ömrün qabaqdadır.

Xeyri yox idi sözlərimin!

– Məni qorxudursan, İnqa! Mən bacarıqsızam sənin qarşında!

Başını tərpədir, “hə”, “yox”, “bilirəm” deyir, amma heç nə dəyişmirdi.

Nə etmək lazım olduğunu isə bilmirdim. Yemək üçün ona alınan nə olsa da əl vurmurdu. Vursa da, mənim xahiş və tələblərimə son qoymaq xatirinə bir azacıq.

Bir aydan artıq keçmişdi ki, İnqa üçün təcili yardım çağırmaq lazım gəldi. Feldşer müayinə edə-edə:

– Nə yemisən? – dedi.

– Heç nə…

– Haçan, heç nə?

– Bilmirəm!

Biz də bilmirdik.

İndi İnqanın vəziyyəti çətin idi. Təzəcə ailə həyatına qədəm qoyan gənc qadının aldığı aramsız zərblər, ər itgisi, ilk uşağının itgisi onu az qala dəli olmağa gətirib çıxarırdı. Nə qədər çalışsaq da, inqanı evdən bayıra çıxarmaq, nəyləsə başını qatmaq mümkün deyildi. Vaxtilə dünya gözəli adına layiq sayıla biləcək bir qız, indi, sözün həqiqi mənasında quru cəsədi xatırladırdı. Onun xarici görkəminin nə dərəcədə dəyişməsini sözlə ifadə etmək çətin məsələydi. Nə yeyirdi, bilən yox idi. O qədər ağlamışdı ki, göz yaşları yox idi, səsi də ki yalnız pıçıltı idi.

Arada iki dəfə bayıra çıxara bildim, amma, köməyi olmadı. Qrupumuzda adam qalmamışdı, hamısını İnqanın yanına gətirmişdim. Düşünürdüm, dost-tanışları görmək bəlkə ona ruhi dəstək ola, qəm-kədəri unutdura. Heç nə dəyişə bilmədim. Dərd məni götürmüşdü, nə edəcəyimi bilmirdim.

Axır bu qərara gəldim ki, anasını çağırım. Bilirdim ki, anası xəstədir, elə varlı da deyil. Məsləhətləşib, aviapoçta ilə bir məktub yazdıq, vəziyyəti başa saldıq. Hər ehtimala qarşı, ona 75 manat da pul göndərdik. Əgər yol pulu olmasa, istifadə etsin.

Haradasa, 10–12 gün keçmiş, anası gəldi. 40–42 yaşlı, arıq, amma gözəl, orta boylu bir qadın idi. İnqanın bu vəziyyətini görəndə az qaldı dəli osun.

– Mən dünya gözəli böyüdüb yola salmışdım, boylu-buxunlu, gözəl həyata layiq. Nə görürəm, Allah! Qayıdaq, qayıdaq öz evimizə, bala. Sənə yaşamaq lazımdır.

İki-üç gün idi, Zina xala gəldiyi. Üçüncü axşam dərs in biri olmadığı üçün institutdan tez çıxdıq. Belə qərara gəldik ki, İnqaya baş çəkək.

Bir xeyli oturduq onlarda. Anası istəyirdi İnqa qayıtsın evlərinə. Amma, nə vaxt ki, anası İnqanın onunla qayıdıb getməyi barədə bir söz deyəndə İnqa dəli olurdu. Bircə ifadəni təkrar edirdi:

– Yox! Yenə, yox!

Xeyli oturduq, artıq dağılışmaq vaxtı idi. Evə getməyə hazırlaşdım ki, anası da mənimlə qalxdı ayağa, çıxdı çölə.

– Mümkünsə, 10 dəqiqə dayana bilərikmi?

– Buyurun, əlbətdə! – dedim.

– Azad, oğlum, belə başa düşürəm ki, sən İnqanın xatirini çox istəyirsən, ona pis həyat arzulamazsan? – Zina xala sanki ağlayacaqdı!

– Bu nə sözdü, Zina xala! Əgər İnqanın sevincinə səbəb ola biləcək hansısa bir yol bir səbəb tanısaydım, inanın nəyim var verməyə hazır olardım.

– Elə bir yol var! – Zina xala dedi.

– Deyin, Zina xala. Məndən nə asılıdırsa, edəcəm.

– Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən onun düşdüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.

Bu həqiqət idi.

– Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur. Körpəsini itirib, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!

Arvad ağlayırdı.

– Getsin, bircə illiyinə getsin. Hətta, yarım il olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!

Mən indi başa düşdüm Zina xalanın məqsədini. Bu insan Anadır, övladını xilas etmək istəyir! Nə olar, bəlkə də belə yaxşıdı. Yarım il, bir il İnqa üçün kömək olardı.

– Bilmirəm, İnqa mənə qulaq asacaqmı, nə dərəcədə mənim sözüm keçəcək, bilmirəm. Amma, İnqa icazə verdiyi qədər başa salmağa çalışacam, xahiş edəcəm, inanın!

– Bax, sabah saat neçədə gələ bilərsən?

– İstəyirsiniz nahar fasiləsində, istəyirsiniz, axşam 5-də.

– Gəl, oğlum, gəl. 5-də gəl. Naharda gəlsən, tələsərsən.Gəl işdən sonra, 5-də. Gəl başa salmağa çalış. Mən neynəyim, bala, gücüm çatmır.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать


Xaliq Azadi Məmmədov читать все книги автора по порядку

Xaliq Azadi Məmmədov - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки LibKing.




Qəm yağışı отзывы


Отзывы читателей о книге Qəm yağışı, автор: Xaliq Azadi Məmmədov. Читайте комментарии и мнения людей о произведении.


Понравилась книга? Поделитесь впечатлениями - оставьте Ваш отзыв или расскажите друзьям

Напишите свой комментарий
Əsgər
27 декабря 2022 в 08:44
İkinci əsərini oxudum bu yazıçının. İstəməsəm də, göz yaşlarım axdı. Kitabı sakit başa vurmağa güc lazımdır. Çox maraqlı romandır.
x