Vahid Çəmənli - Mən sadə yolçuyam
- Название:Mən sadə yolçuyam
- Автор:
- Жанр:
- Издательство:неизвестно
- Год:неизвестен
- ISBN:9785005000712
- Рейтинг:
- Избранное:Добавить в избранное
-
Отзывы:
-
Ваша оценка:
Vahid Çəmənli - Mən sadə yolçuyam краткое содержание
Mən sadə yolçuyam - читать онлайн бесплатно ознакомительный отрывок
Интервал:
Закладка:
Baxdım, Don Kixotlar tutub dünyanı,
Dərdini, sərini qanan olmadı.
Dinim İslam dini, əqidəm Tohid,
Eşqimə Yer şahid, ulduzlar şahid…
Hamının halına yandım da, Vahid,
Heç mənim halıma yanan olmadı
30.04.2019Düşür
Ağ bulud dolanır göyün üzündə,
Yaşıl çəmənlərə xəfif şeh düşür.
İncilər süzülür ağ bənizindən,
Əllər daraq olur, dildən eh düşür.
Axşamdan sabaha doğur arzular,
Nəğmə tək ürəyə yağır arzular…
Zülməti nur ilə boğur arzular,
Səhərin boynuna həzin meh düşür.
Vahidəm, aşıqin sayarsan məni,
Səsimdən, sədamdan duyarsan məni…
Öpüb, gözün üstə qoyarsan məni,
Vallah, bu sevgiyə belə beh düşür!
30.04.2019Deyİr
Aşıq Haşıma
Ay aşıq, mollaya çox vermə fikir
Bunu Vahid sənə lap çoxdan deyir.
Molla da aşığa toxunmur daha,
Ona nə, ya vardan, ya yoxdan deyir.
Ədəbdə, ərkanda çıxarsan ad – san,
Səsinə, sözünə el olar heyran.
Amma aşıq da var, danışır hədyan,
Danadan, keçidən, toyuqdan deyir.
Bilirəm, yönümüz qışa sarıdır,
Odun yox, qaz gəlmir, ömür yarıdır…
Vahid də ustadır, söz xirdarıdır
Dilini saxlamır, bayaqdan deyir
01.05.2019Məhərrəm kİşİ

Məhərrəm əmi
Çəmənlinin ağsaqqalı Məhərrəm kişinin xatirəsinə…
«Ata ocağına canımız qurban!»
Bunu Ramiz dedi, Məhərrəm kişi.
Nizami yurdunda yandırır çıraq,
Bilir, çıraq nədi, Məhərrəm kişi.
Keçdiyin yollarda qalıbdır izin,
Dillərdə əzbərdir çox kəlmən, sözün…
El – oba yanında ağ oldu üzün,
Tutdun hər bir vədi, Məhərrəm kişi.
Haqqı danışmağı elədin peşə
Qoymadın adına bir kölgə düşə…
Öz səsin, öz sözün oldu həmişə,
Səsin də gur idi, Məhərrəm kişi.
Çox fitnə – fəsadlar olsa da eldə,
Gileyi – güzarı qalmadı dildə…
Yerin var, yurdun var neçə könüldə,
Olacaq əbədi, Məhərrəm kişi!
Yaşadın mərdanə, illəri yordun,
Əlinlə ev tikdin, yurd yeri qurdun…
Çox şükür, gözəldi, abaddı yurdun,
Vahidə məbəddi, Məhərrəm kişi.
03.05.2019Söhrab Tahİr

Söhrab Tahir
4 may unudulmaz şairimiz Söhrab Tahirin xatirə günüdür. Bu kədərli gündə şairimizlə bağlı bir xatirəmi
bölüşmək istəyirəm.
1969 – ci ilin qış ayları idi. Onda mən 7 – ci sinifdə oxuyurdum. Dərsin qızğın çağında, o zaman məktəbimizin direktor müavini olan Kamil müəllim dalımca uşaq göndərib, məni müəllimlər otağına çağırdı. Mən müəllimlər otağına daxıl olanda dostum, 7 «B» sinfində oxuyan Əliyev Allahverəni də orada gördüm.
Kamil müəllim bizə bildirdi ki, saat 2 – də kəndimizin klubunda Məmməd Araz və Söhrab Tahirlə görüş olacaq. Bu görüşdə siz də iştirak edəcəksiniz. Ona görə də sizə şairlərin bir şerini əzbərləmək tapşırılır.
Kamil müəllim şairlərin şerlərini bizə təqdim edib, dərsdən azad etdi.
Məktəbimizin gözəl bir bağı vardı. Allahverənlə şerləri əzbərləmək üçün həmin bağa getdik. Çox maraqlıdır, mən də, Allahverən də hər iki unudulmaz şairlərin şerlərini əzbərlədik.
Söhrab Tahirin şeri indiyəcən yadımdadır:
Orda ki, göm – göydür suların üzü,
Orda ki, qızarır səhərin gözü,
Orda ki, otlardan qopur şəlalə,
Orda ki, sünbülə sarmaşır lalə,
Orda ki, əməkçi insan çalışır,
Orda ki, zəhmətə insan alışır,
Orda axtarsanız taparsız məni,
Oradır ilhamın, sözün vətəni.
Orda şer də var, sənət də vardır
Orda sənətkara hörmət də vardır.
(Yaddaşımda bu şer belə qalıb. – V.Q.)
O görüşdə Söhrab Tahir də, Məmməd Araz da çox təsirli çıxışlar etdilər.
Bəlkə də o zaman çoxları Söhrab Tahirin cənubi Azərbaycandan olduğunu bilmirdi. Ona görə də camaat çox diqqətlə qulaq asır, o taylı soydaşlarımız haqqında maraqlı söhbətlər eşitmək istəyirdi. Söhrab müəllim danışdıqca gözləri parıldayır, səsi titrəyirdi. Bu xatirələr yaddaşımdan silinsə də, şairin anası Nəsibə xanımla bağlı danışdığı xatirəni heç zaman unutmadım.
Şair deyirdi ki, anam məni əzizləyəndə, mənə «mənim sol gözüm» deyərdi. Gənc yaşlarımda anamdan ayrı düşdüm. Uzun müddət üzünə, səsinə həsrət qaldım. Gedirdim Astaraya, yana – yana baxırdım Astaraçayın o tayaına, ürəyim qubar edirdi.

Söhrab Tahir və Nəsibə xanım
Uzun müddətdən sonra anamla telefonla danışmaq üçün icazə aldım. Xəttin o biri başında «kimdir» deyə soruşan anama, – «sənin sol gözündür» – deyə cavab verdim. Burada şairin səsi qırıldı. Boğazına tıxanan qəhəri udmaq üçün dayanıb, zala göz gəzdirdi. İnsanların çoxu için – için ağlayırdı.
O görüşə qədər mən elə bilirdim ki, Azərbaycanı ikiyə bölən çay təkcə Araz çayıdır. Sən demə daha bir ayrılıq çayı – Astara çayı da var imiş.
Fədakar şair də yana – yana deyirdi:
Mənim qollarımı iynə – sap edin,
Tikin Astaranı biri-birinə…
Ruhunuz şad olsun, şair! Müstəqilliyə qovuşmağımızı görməyi cənabi – Haqq Sizə nəsib etdi! Qaldı Astaranı, Culfanı bir – birinə tikmək…
Biz də qollarımızı iynə – sap etdik, Şair!
04.05.2019Gecənİn sonunda sökülməsə dan…
İndi umu – küsü zamanı deyil,
Hərəmiz bir qışın sınağındayıq.
Bu gün də həyatın son anı deyil,
Nahaqdan suçunda, qınağındayıq.
Həsrətdən yumşalıb, mum olub ürək,
Havadan asılıb, qalıb çox istək.
Donan ümidləri gərək isidək,
Könüldə baharın sorağındayıq.
Vahidə dərd olur sənsiz keçən an,
Yanır atəşlərə, külə dönür can.
Gecənin sonunda sökülməsə dan,
Borclu dəftərinin varağındayıq!
08.05.2019Məhəbbət əfsanəsi
Arif Məlikovun xatirəsinə

Arif Məlikov
Bir içim su idi səni unutmaq,
Silmək ağrı verən adını belə…
Bəs niyə unuda bilmədim səni?
Qaladım sinəmə odunu belə.
Budurmu, dediyin o sevda, filan,
Qum kimi, çöp kimi gözümə dolan…
Deyirdim, məhəbbət yalandı, yalan,
Anlaya bilmədim dadını belə.
Vahid, çox dedilər həyat dadlıdı.
Bu həyat deyil ki, – qapazaltıdı.
Ruhum yox, görünən boş qaraltıdı,
Çətin, bir də sevəm qadını belə…
13.05.2019Gedİr
Mindirdim günləri ceyran belinə,
Yanımdan yel kimi çaparaq gedir.
Varımı yüz ildi çapıb, talayır,
Yoxumu əlimdən qaparaq gedir…
Enişlər, yoxuşlar gəlir dalbadal,
Hələ cavabsızdı nə qədər sual.
Ürəyim yalvarır, – elə burda qal,
Ömür əllərimdən qoparaq gedir.
Vahid, səhər çağı bu nə avazdı?
Çatdın altmış üçə, çoxdu, ya azdı?
Əllərim bu həzin nəğməni yazdı,
Könlüm də təsəlli taparaq gedir!
14.05.2019Mənİ
Üstümə gəlirsən dəli dalğa tək
Ay zalım, görmüsən yoxsa tək məni?
Vermişəm yaxamı naşı əlinə,
Üzür bu darthadart, çəkhaçək məni.
Axşamdan səhərə uzanır gecə,
Bilmirəm, sabahı açıram necə?..
Nabələd yolçuyam, qısanayıb küncə,
Döyürsən zindanda dəmir tək məni.
Yara can deməkdən alışdı dilim,
Mən yandım, indi də yanacaq külüm…
Bu sevgi Vahidə neylər, ay gülüm?
Ya qara daş edər, ya ipək məni.
15.05.2019Gülə – gülə
(Şuşalı, Laçınlı dostlarıma ithaf edirəm)

Tellərindən üç tel ayır,
Çal «Sarıtel» gülə – gülə
Şirin – şirin sədasına,
Yığılsın el gülə – gülə.
O may verdi çox qubarı,
Sevindirsin bu may barı…
Ərisin dağların qarı,
Açılsın gül gülə – gülə.
Xəbər gəlsin Qarabağdan,
Topxanadan, Dəlidağdan…
Buzlar getsin Buz bulaqdan,
Çağlasın sell gülə – gülə
Vahid, elin oldu talan
Başsız qalsın əfi ilan…
Öz yurdunda yurdsuz qalan,
Yurduna gəl gülə – gülə
Vətən, xoşbəxt olsun hər oğlun, qızın…
Dolaşıb qalmışam göy qurşağında
Bilmirəm, ya sağa, ya sola gedim?
Nur kimi ələnim çəmənə, düzə.
Çılğın bahar ilə bir yola gedim.
Buludlar dövrəmdə çoşur, qaynayır,
Göylər təbil çalır, sellər oynayır.
Çiçəklər naz edir, güllər oynayır,
Qoşulum onlara, qol – qola gedim.
Ay Vahid, may ayı şahıdır yazın,
Susma, qoy sənin də gəlsin avazın…
Vətən, xoşbəxt olsun oğulun, qızın,
Hər gün toya gedim, qavala gedim!
17.05.2019Göy göl

Göy Göl (foto müəllifindir)
Gözümün önündən getmir camalın,
Dörd yanın alınmaz qaladı, Göy göl.
Göyləri əks edən bənizin solub,
De, səni kim belə taladı, Göy göl?
Dağların o üzün tutub duman, çən,
Yağı pəncəsində çırpınır Vətən.
Əlim Göyçə gölə çatmayır nədən?
Kim bizi həsrətə caladı, Göy göl?
Üzür sularında tənha qu quşu,
Yandırır sinəmi qəmli baxışı…
Nə zaman yağacaq bahar yağışı?
Qış bizi deyəsən doladı, Göy göl.
Baharda vermişdim sənə könülü,
Ömrün qış çağıdı, ay dağlar gülü.
Читать дальшеИнтервал:
Закладка: