Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇
- Название:Bu yay da belə keçdi̇
- Автор:
- Жанр:
- Издательство:Литагент Ридеро
- Год:неизвестен
- ISBN:9785448531552
- Рейтинг:
- Избранное:Добавить в избранное
-
Отзывы:
-
Ваша оценка:
Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇ краткое содержание
Bu yay da belə keçdi̇ - читать онлайн бесплатно ознакомительный отрывок
Интервал:
Закладка:
Bu yay da belə keçdi̇
Vahi̇d Çəmənli̇
© Vahi̇d Çəmənli̇, 2017
ISBN 978-5-4485-3155-2
Создано в интеллектуальной издательской системе Ridero
VAHİD ÇƏMƏNLİ
Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi xəyalıma gəlməzdi. Mənimlə birgə yola çıxanların da qatardan belə tez düşəcəyini güman etməzdim. Amma, sən demə qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Mənim yol yoldaşlarımdan qatarı ilk tərk edən babam Abbas kişi oldu. Sonra anam Pərizad, atam Valeh, xalam Səriyyə, sonra İdris dayımla İsa dayım bir – bir qatarı tərk elədilər. Hürizad xalam xeyli yol yoldaşı oldu mənə. Sonra bir gün o da haqqın dərgahına qovuşdu.
Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu misralarda sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.
Əzizlərim, mən bu kitabı sizin xatirənizə həsr edirəm!
Sizi canı qədər sevən Vahid Çəmənli.Lə İləhə İlləllah
Hüzuruna gəlmişəm,
Lə ilahə İlləllah.
Sənə könül vermişəm,
Səndən dönmərəm billah.
Eşqim, amalım QURAN,
Məhəmməd Rəsulallah,
Məhəmməd Həbibullah,
Dostlarım – Haqq dostları,
Əhli Beyti Nurullah,
Lütvünlə məsud elə,
Kərəm eylə, Ya Allah!..
Sənsiz olsam Ya Həkim,
Sənsiz olsam Ya Əziz,
Ərşə çıxan ahımı,
Söndürə bilməz dəniz…
Nəsib eylə, yaşayım
Həyatımı tərtəmiz,
Sızlayan yaralara
Məlhəm eylə, Ya Allah!!!
Səndən başlar dirilik,
Əvvəli, Axiri sən…
Sən Xaliqsən, sən Qüddüs,
Həyatın təməli sən…
Sən Əzimsən, sən Xəbir,
Əliyyü, Vəliyyü sən…
Məni yolunda sabit
qədəm eylə, Ya Allah!!!
Bir iman yeri var min güman yeri
Bir iman yeri var, min güman yeri,
İman olmayanda güman min olar.
İmanı qəlbinə çıraq eləsən,
Dünya qəmlərinə məlhəmin olar.
Halal qazancına haram qatmasan,
Kasıbı, fağırı heç unutmasan;
Özgənin haqqına əl uzatmasan,
Sənin HAQQ yanında aləmin olar.
Bəd dua eləmə bir kimə heç vaxt,
Kor şeytan önündə dayanıb sərvaxt;
Uğursuz yollara çıxma baxta – baxt,
Bu yolda çox dərdin, çox qəmin olar.
Yaxşıya yaxşı de, pisə pis demə,
Xeyir söyləyən ol, heç vaxt nəhs demə,
Bir kimə Xudadan ziyan istəmə,
Sənə də istəyən bir kimin olar.
Vahid, pozulmasın əhdin, ilqarın,
On dörd məsum olsun sevgili yarın;
Yapış ətəyindən Pərvərdigarın,
Məhşərdə əlində bir şəmin olar..
may 2011 – ci il.Dəli Çəmənli haqqında ballada
Qarabağın qucağında,
Allı – güllü,
Ən laləli,
Ən sünbüllü,
Ən bülbüllü bucağında.
Bir kənd vardır,
Çəmənlidir onun adı.
Çəmənlimdir!
Şehə batmış çəmənimdir!
Ürəyimdir!
Dirəyimdir!
Çörəyimdir!
Əbədilik gərəyimdir!
Əbədilik verib mənə
Ulu Tanrı bu diyarı.
Neçə – neçə igidlərin yadigarı.
O sarsılmaz igidlərdən
İlham alıb bu gün mən də,
Böyük dastan yaratsaydım Çəmənlimdən…
Qarabağım, qəm otağım,
Qəza – qədər öz ortağım.
Tale yüklü arzulara
Həsrət qalan
bir yatağım.
Sakit – sakit keçib gedir
Bu zamanın gərdişində neçə insan.
Sənsə belə şax qalmısan,
Şux qalmısan.
Tarixlərdə adın qalıb «Dəli» kimi
Bir vüqarlı
Dəli ömrü yaşamısan.
Dəlidağ tək,
Dəli Kür tək ad almısan.
Sarsıdarmı səni fələk.
Dəli kimi tarixlərdə qalar aldın
Dəli Həsən,
Dəli Domrul,
Dəli Becan,
Tarixlərin neçə – neçə Dəlisi tək,
Bu gün məni bağışlasın
At oynadan babalarım,
Niyə mən də olmamışam
Bəs onların birisi tək…
Deyirlər ki, bir zamanlar
Bir qəddar şah
diş qıcıyıb bu torpağa.
Ürəyindən Qarabağda
Talan qurmaq gəlib keçib.
Qoşun yığıb,
Hücum çəkib.
Od vuraraq neçə – neçə tarlasına,
Gəlib çıxıb
Qədib Şuşa qalasına
Cuşə gəlib hayqırıbdır:
«Eheey!
Hanı bu torpağın kişiləri?
Mən gəlmişəm bu dağları,
Dərələri oylaq edəm.
Aran məni yandıranda
Bu yerləri yaylaq edəm.
Mən gəlmişəm
Sizdən baci – xərac alam.
Qılıncımın qəbzəsinə
Rəvac alam.
Güc məndədir,
Qüvvət məndə.
Elm, helm, qüdrət məndə.
Atdan düşün,
Qılıncımın altdan keçin,
Sonra rahat əkin, biçin.»
Qəribədir!
Diş qıcıyır hamı bura.
Hamı salır vurhavura.
Anlamırlar,
Bura elə bir diyardır,
Quş uçarsa qanad salar,
Qatır gəlsə dırnaq salar.
Bir kimsənin torpağına
Dikməsək də göz heç zaman,
Bizlərə xor baxan gözün
Didəsinə od salarıq.
Biz özümüz
Torpağından bac alarıq!
Qala xanı məşvərətə adam yığdı:
– Balam bu şah at oynadır
Deyir baba,
Burda mənəm Bağdadda da kor xəlifə.
İstəyirəm
Sahib çıxam hər tərəfə.
Anlatmışam neçə dəfə —
Bu fikirdən daşın bala!
Yığsam əgər
mən dövrəmə qoşun, bala
Başsız qalar
Bu qalada başın, bala.
Nə yazıq ki, bunu qanmır.
«Dava» deyir heç utanmır.
Bu gün gərək xəbər gedə
Hər obaya,
Hər yaylağa, hər çadıra
Dəliləri yığaq bura.
Əfətlidən Əkbər gəlsin.
Mahrızlıdan Qəmbər gəlsin.
Üçoğlana salın nəzər,
Dəli Həsən harda gəzər?
Hər kənddən bir Dəli gəlsin.
Kəngərlidən Vəli gəlsin.
Ovşarlardan görün kim var?
Lənbərandan Dəli Qafar.
Göytəpədən Dəli Cabbar.
Qiyaslıdan vuran – tutan Dəli Aslan.
Unutma bax,
Qərvənd, Xaçın, Xındırıstan.
Dəli Əhməd,
Dəli Məmməd,
Dəli Qurban!
Quzanlıdan Dəli İmran.
Mərzilidən Dəli Soltan,
Dəli Yaqub Gülablıdan.
Xıdırlıda ayaq saxla
Dəli Rzanı bura yolla…
Tez yəhərlə köhlən atı,
Hə, igidim duma, atlan,
Tez bura yığ camaatı.
– Ay xan, ay xan…
Çəmənlinin sarı sünbüllü düzləri
Heç demədin Çəmənlidən?
Çəmənlidən kimi bura
Çağırım mən.
– Çəmənlidən?..
Çəmənlidən hansı Dəli
qənşərinə çıxsa əgər
Bura göndər!
…O zamandan keçib illər.
İndi xan da
qəddar şah da tarix olub.
Bu zamanın gərdişindən,
Sənin «Dəli» adın qalıb.
İndi hamı elə bilir,
Dəli olmaq asan işdir.
Dəlixana sarıdan da
Koroğlumuz yoxdu, «şükür»!
İndi çoxu
əsgərliyin orda çəkir.
Sonra ona daşdan keçən
Kağız verir dəlixana.
«Devit be”dir
Silah vermək olmaz ona.
Atasının pul kisəsi,
Cağbacağlı Mersedesi dura – dura,
Dəli hara, əsgər hara?
Ağrımasın təki başı,
Kim istəyir töhmət etsin.
O dəlidi – ağıllıdı,
Qoy dəlilər xidmət etsin.
Ay papanın gül dəlisi,
Ay mamanın gül dəlisi,
Get özünə başqa ad qoy
Dəliliyə dəymə, bala.
Dəli sənə tutar bir toy,
Çox özünü öymə, bala.
O dəlilik kağızını cırıb tulla.
Kəmər bağla,
Qılınc qurşa.
Xəbər göndər о yadlara,
Dəli, dəli görməyincə
Dəyənəyin qısmaz dala.
Hünər göstər.
Ad – san qazan
Onda deyim sən Dəlisən.
Kağız – kuğuz Dəliliyə
Əsas vermir «dəli» bala…
Sən məni ovutma bu məhəbbətlə…
Yadındamı, doxsan dördüncü ilin isti avqust günlərindən biri, bu şeri sənə yazdığım gün.
O zamandan nə qədər keçib? Az qala bir ömür…Amma mənim hələ də yadımdadır.
Bu bir şer deyildi. Bu, iki od arasında qalan bir ürəyin fəryadı ıdı…
Amma, xasiyyətcə o qədər də dəyişmədim. İllər mənimlə bacara bilmədi. Ürəyim də həmin eşq ilə vurur, gözlərim də bəzən sevincdən, bəzən kədərdən sulanır. Amma göz yaşlarımı daha əvvəlki tək gizlətmirəm. Niyə gizlədim ki?…Axı bu, məni yaşadan sevgimdən doğan göz yaşlarıdır. Onun hər damlası mənə əzizdir.
Sən məni ovutma bu məhəbbətlə,
Vallah, bu məhəbbət köçəri quşdu.
İsti ölkələrə uçub getməyi,
İsti ölkələrdən üçüb gəlməyi,
Gecəni gündüzə qatıb uçmağı,
Ovçudan qaçmağı,
Ovdan qaçmağı,
Yollarda çovğuna, qara düşməyi,
Neçə sərt döngədə dara düşməyi,
Lələk salmağı var bu məhəbbətin.
Sən bu məhəbbətdən təsəlli umma,
Sən bu məhəbbətdən mərhəmət umma,
Sədaqət umsan da, səadət umma.
Vallah, bu məhəbbət qara saçları,
Soyuq küləklərə sovura bilər,
Yandırar, əridər, suya döndərər,
Odlu əlləriylə qoruya bilər.
Bu, vaxtsız qonaq tək vaxtsız məhəbbət…
Bu, adıbilinməz – adsız məhəbbət…
Bu, dadlı məhəbbət, dadsız məhəbbət…
Bu, külü yandıran odsuz məhəbbət…
Yuvası dağılan yurdsuz məhəbbət…
Sən bu məhəbbətdən təsəlli umma,
Sən bu məhəbbətdən mərhəmət umma.
Nəfəsi ilıqdı bu məhəbbətin,
Sonu ayrılıqdı bu məhəbbətin.
Soyuğu, şaxtası istisindən çox,
Gözlərin kor olar, tüstüsündən qorx,
Yorulmağından qorx, «bəsdi”sindən qorx,
Soyuq şübhələrin hıçqırtısından,
Читать дальшеИнтервал:
Закладка: