Vahid Çəmənli - Mən sadə yolçuyam

Тут можно читать онлайн Vahid Çəmənli - Mən sadə yolçuyam - бесплатно ознакомительный отрывок. Жанр: Поэзия. Здесь Вы можете читать ознакомительный отрывок из книги онлайн без регистрации и SMS на сайте лучшей интернет библиотеки ЛибКинг или прочесть краткое содержание (суть), предисловие и аннотацию. Так же сможете купить и скачать торрент в электронном формате fb2, найти и слушать аудиокнигу на русском языке или узнать сколько частей в серии и всего страниц в публикации. Читателям доступно смотреть обложку, картинки, описание и отзывы (комментарии) о произведении.
  • Название:
    Mən sadə yolçuyam
  • Автор:
  • Жанр:
  • Издательство:
    неизвестно
  • Год:
    неизвестен
  • ISBN:
    9785005000712
  • Рейтинг:
    3/5. Голосов: 11
  • Избранное:
    Добавить в избранное
  • Отзывы:
  • Ваша оценка:
    • 60
    • 1
    • 2
    • 3
    • 4
    • 5

Vahid Çəmənli - Mən sadə yolçuyam краткое содержание

Mən sadə yolçuyam - описание и краткое содержание, автор Vahid Çəmənli, читайте бесплатно онлайн на сайте электронной библиотеки LibKing.Ru
Əziz oxucularım!«Mən sadə yolçuyum» kitabı ilə yenidən görüşünüzə gəlmişəm. Bu kitab ömrümün 63 – cü baharında açan bir çiçəkdir.Oxuyun, mənim qəlbimin səsini duyun!Mən sizi sevirəm.

Mən sadə yolçuyam - читать онлайн бесплатно ознакомительный отрывок

Mən sadə yolçuyam - читать книгу онлайн бесплатно (ознакомительный отрывок), автор Vahid Çəmənli
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Mən sadə yolçuyam

Vahid Çəmənli

© Vahid Çəmənli, 2019

ISBN 978-5-0050-0071-2

Создано в интеллектуальной издательской системе Ridero

ÖZÜNÜZÜ SELLƏRİN QOYNUNA ATMAQDAN QORXMAYIN. SELLƏR HƏMİŞƏ AXIB ÜMMANA QOVUŞUR

Vahid Çəmənli

«Mən sadə yolçuyam» kitabı ilə qarşınızdayam, əziz oxucularım. Xatırladım ki, kitabda şerlər sadəcə yazıldığı tarix ardıcıllığı ilə dərc olunmuşdur. Bu cür yerləşmə həm də müəllifin hansı zaman kəsiyində hansı əhval – ruhiyədə olmağının göstəricisi sayıla bilər.

Hər bir söz, hər bir misra ürəkdən gələndə ürəklərə yol tapır. Ürəyimin hökmü olmadan bir kəlmə yazmadım. Qəlbinizi zərif misralarımla xeyirə – uğura, insafa kökləmək istədim. Çoxlarınız qəlbimə bələdsiniz. Mən də Sizin qəlbinizin nuruna güvənirəm. Söz, sahibinin qəlbi ilə gözəl olur. Mən də qəlbimi gözəlləşdirməyə, onu kindən, küdurətdən, həsəddən, paxıllıqdan, qeybətdən, fitnə – fəsadlardan təmizləyə – təmizləyə uca Allaha, onun sevə – sevə xəlq elədiyi İnsanlara layiq olmaq istədim.

Su axar, çuxurunu tapar, – deyib atalarımız. Mən də axa – axa öz çuxuruma, ata – baba yurduma yaxınlaşmaq istədim. Hər sözümdə sizin kövrək qəlbinizi tərənnüm etməyə çalışdım.

Cənabi – Haqq bizə Vətən üçün gözəl bir məkan seçib. Azərbaycan torpağı… Tarixlərin qanlı – qadalı döyüşlərindən alnı açıq, üzü ağ çıxan qeyrətli oğulların yurdu… Bu yurda kimlər göz tikməyib? Onun gözəllikləri nə qədər şahların, xaqanların yuxusuna haram qatıb. Amma heç kim bu yurda sahib çıxa bilməyib. İgid oğulların, ərənlərin onları tarixin zibilliklərinə atıb!

Sənə minnətdaram, ey Ulu Xalıq, bu gözəl yurdu mənə Vətən seçdiyinə görə…

Əziz oxucularım, bu kitabı oxumağa sərf etdiyiniz, qəlbimdən süzülən hər bir kəlməyə qulaq verdiyiniz üçün Sizə minnətdaram.

Hələ uşaqlığımdan sazının, sözünün vurğunu olduğum atam aşıq Valehə, qayğısı, sevgisi ilə məni bəsləyib böyüdən anam Pərizada, mənim təhsil almağım üçün 6 – sinifdən məktəbi buraxıb işləməyə gedən qardaşım Zülfüqara, bir əlçim tifilliyindən çörəyimizi – yeməyimizi bişirən, paltarımızı yuyan bacım Qəndaba, atam – anam haqq dünyasına qovuşandan sonra bizə atalıq edən İdris dayıya, analıq edən Hürizad, Səriyyə xalalarıma minnətdaram.

Çəmənli adlı bir kəndə olan sevgisini, suyunu, havasını, Günəşini, torpağını mənimlə bölüşən, ağsaqqalından cocuğuna qədər canım qədər sevdiyim həmkəndlilərimə minnətdaram.

Gəncliyini, həyatının ən gözəl zamanlarını sərf edərək mənə həyat dərsi verə-verə elm öyrədən sevimli müəllimlərim – Qara müəllim, Bayram müəllim, Kamil müəllim, Şəmsəddin müəllim, Fərzəliyev Allahverən müəllim, Paşayev Allahverən müəllim, Məmməd müəllim, Xosrov müəllim, Səlbi müəllimə, Sabir müəllim, Musa müəllim, Quliyev Musa müəllim, Zülfüqar müəllim, rus dilinə dərin maraq oyadan İsmayıl müəllim – Sizə minnətdaram.

Mənə göstərdikləri səmimi münasibətə görə, hal – hazırda Taleh Nuruyevin rəhbərliyi ilə Ziyəddin İsgəndərov adına Çəmənli kənd orta məktəbində çalışan müəllim kollektivinə öz minnətdarlığımı bildirirəm.

İçimdə şerə, sənətə maraq oyadan sevimli müəllimim, Çəmənlimin gözəl şairi Şahmar Əkbərzadəyə minnətdaram.

Mənə mənəvi dəstək olan sevimli sinif yoldaşlarım Nizami Bayramova, Rəfiqə Rüstəmovaya, Allahverən Əliyevə, Çingiz Baxşəliyevə, Akif Abışova, Rafiq Piriyevə, Şahin Günəşliyə, Kamal Alışova, Esmira xanıma… minnətdaram.

Ərəstin müəllim, – sevimli müəllimlərimdən biri olan Sabir müəllimin şərəfli işini ləyaqətlə davam etdirən oğlu, – sizə minnətdaram. Mənə rəhm edib, tənqid etmirsiniz.

Ömrümün son 20 ilinin sadiq dostu, mənim «Nə ömürdü yaşadım» şerlər kitabımın ərəsəyə gəlməsində maddi, mənəvi dəstək olan Mahir Hacıyev – Sənə minnətdaram. O kitab olmasaydı, bu kitab da olmazdı.

Mənə böyük dəstək olan qürbətdə yaşayan dostlarım Adil Danilova, Camal Abdullayevə dərin minnətdarlığımı bildirirəm.

İncə zövqlü dostum Mayıl Adilov, mənim cızmaqaralarıma dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Hörmətli Doktor Müşfiq Mirzəyev, bir yazar kimi mənə dəyər verdiyiniz üçün Sizə minnətdaram.

Yazar insanın ailə üzvü olmaq çox çətindir. Əziz həyat yoldaşım Təranə xanım, oğlanlarım Valeh, Aydın, gəlinim Mətanət xanım, – Sizə həsr eləməli olduğum vaxtımı yazmağa həsr etdim. Sizə olan sevgimi şer dediyim cızmaqaralarımla bölüşdüm. Məni əfv edin.

Sizin Vahid.

Ön söz

Vahid Çəmənlinin çağdaş ədəbi mühitdə özünəməxsus yaradıcılıq yolu var. Şairin estetik təfəkkürü bəzən emosional obrazlarla, bəzən də adi epik nəzmlə təqdim olunur. Onun şeirləri nəzəri cəhətdən yanaşmada, bədii təsvir və ifadə vasitələri orijinal tərzdə bədii formalarla nəzəri cəlb edir. Vahid bəyin yaradıcılığında ən çox real həyatdan müşahidələrlə götürülmüş mövzuların bədii inikası yer alır, bəzən də təxəyyülün sərgilədiyi ideyalar, istək və arzular nəzmə çəkilir. Bu deyilənlərlə bağlı şairin yaradıcılığında vətənpərvərlik, haqq-ədalət, insani keyfiyyətlər, ədəb-ərkan təbliğ olunur, ictimai məfkurəsində əldən gedən, işğal olunmuş torpaqlarımızın azad olunmas arzuları leytmotiv xətlə hərəkət edir. Misal üçün şairin «Meşə cığırı» şeirindəki məcazlara nəzər yetirək:

«Hara aparırsan meşə cığırı,

Körpə uşaq kimi tutub əlimdən? – metafora, bədii sual»;

«Dururmu qocaman əncir ağacı?

Palıdlar qoyubmu başına tacı? – metafora, bədii sual»;

«Nur əmib Günəşin zərrələrindən… – metonimiya»;

«İncikdi taleyin zərbələrindən. – metonimiya»;

«Turş narın qayıdıb bəxtəvər çağı, – təşbeh»;

«Sağalır o köhnə zədələrindən. – metafora»;

«Boylanıb ömrünun zirvələrindən… —metafora;

…Göründüyü kimi bu misralarda verilən məcazlar-bədii təsvir vasitələri orijinal deyimlərdir. Şairin digər şeirləri də bu kimi bədii təsvir və ifadə vasitələri ilə zəngindir.

İstedalı şair dostuma bir daha yaradıcılıq uğurları arzulayıram!

Niftalı Göyçəli Şair

Yol daşı

Hikmətdən nurlanar şairin sözü,

Yığar öz nuruna yarı, yoldaşı.

Duyanlar aqildir,

Duymayanlara,

Anlada bilməzsən, istər yol daşı. *

Dirənib yenə də qoşa əl üzə,

Xəyal dünyasında qoşa əl üzə…

İnsan öz yolundan çətin əl üzə,

Ömrünə Cənnətə gedən yol daşı. **

Vahid bu dünyada nəyi qazandı?

Günləri, ayları qaynar qazandı.

Kim dedi, dostuna quyu qazandı?

Olaram yolunun üstə yol daşı…

23.04.2019 *. Daşın üstündəki otu yolmaq **. Cənnətin yolunu önünə sərmək

Topa bulud gəzİr başımın üstə

Topa bulud gəzir başımın üstə

Atır gah bahara, gah qışa məni.

Hər gün yaş yığılır yaşımın üstə,

Gah bərkə bənd edir, gah boşa məni.

Yeddi qat göylərdə uçur xəyalım,

Süzülür qədəhə şərbətim, balım.

Elimin, obamın qadasın alım,

Buraxın yurdumla baş – başa məni.

Gəldi üstümüzə bəla hər yandan,

Namərdəm, keçməsəm bir qaşıq qandan…

Əgər əsirgəsəm canımı ondan,

Bənzədin çöllərdə bir daşa məni

23.04.2019

Çəkərlər

Könül, qəm eləmə, bitər bu çilə,

Yazın bir ucunu qışa çəkərlər.

Gah yağar, gah əsər, gah da gün çıxar,

Günəşi buludla qoşa çəkərlər.

Gəzdim ana yurdu ev – ev, kəndbəkənd,

Tanıdım hamını, yerindədir zənd…

Çox sözə – söhbətə heç olmadım bənd,

Naşıdır desələr, huşa çəkərlər.

Dünyanın işindən olmasan halı,

Qınama dostları, eli, mahalı.

Gün gələr süzülər sözünün balı,

Səni də hörmətlə başa çəkərlər.

Ay Vahid, səfərə hazır ol hər an,

Bir gün gedəsidir hər doğulan can.

Zaman var-yoxunu etsə də talan,

Şəklini bahalı daşa çəkərlər.

24.04.2019

Ədalət Bədİrxanlıya həsr olunur

Ədalət Bədirxanlı Ey könül saz elə ruhunu yazla Könül dünyamıza şöhrət şan - фото 1

Ədalət Bədirxanlı

Ey könül saz elə ruhunu yazla,

Könül dünyamıza şöhrət, şan gəlir.

Oxu bülbül kimi şirin avazla,

Dost ilə görüşə ulu can gəlir.

Yerdədi, göydədi xəyalın ustad?

Hər sözün dad verir, – şəkər kimi dad.

Ovunu bərədən qaçırma, səyyad,

Gecə sona çatır, qızıl dan gəlir.

Vahid, yenə qurdun irfan məclisi,

Yanar, ürəklərin çıxar istisi…

Bu dadlı məclisin ən həvəslisi, —

Sərrafı Ədalət Bədirxan gəlir!

Çəkİləydİ zirvələrİn dumanı

Səhər – səhər Əhməd Üştübün dostumun çəkdiyi Nüvədi və Üştübün mənzərələri qəlbimi kədərlə, gözlərimi yaşla doldurdu. Yurda həsrət qalan bütün həmvətənlərimə, eləcə də dəyərli Nüvədili dostlarıma həsr elədim bu şeri…

Könlüm sənə həsrət qaldı Nüvədim Xəyal üçür yetim qalan bağlara Çəkiləydi - фото 2

Könlüm sənə həsrət qaldı, Nüvədim,

Xəyal üçür yetim qalan bağlara.

Çəkiləydi zirvələrdən dumanın,

Kaş dönəydik o bəxtəvər çağlara.

Araz boyu, bahar gülən bir ayda,

Millətimiz o tayda, həm bu tayda…

Sevinəydi aman Allah, bu çay da,

Baxıb, baxıb hələ canı sağlara.

Vahid, sözün ürəkləri dağladı,

Zəhər oldu ağzımızın bal dadı.

Allı-güllü Nüvədimiz dardadı.

Aman bahar, gəlmə bizsiz dağlara…

27.04.2019

Qalıb

Səndən xəbər gəldi, xəbərin olsun,

Dedilər, hələ də şaxlığın qalıb!

Bir az gözəlliyin, bir az təpərin,

Bir az da şənliyin, şuxluğun qalıb!

Hər səhər durursan Günəşdən qabaq,

Çörək bişirirsən dolu bir tabaq…

Baxışın od saçır, duruşun qıvraq,

Qırğı tək yerişin, şıxlığın qalıb.

Gəldi qulağıma mülayim bir səs,

Ürək o ürəkdi, həvəs o həvəs…

Bilmirsən, biz niyə bir olmadıq bəs?

İçimdə ünvansız yoxluğun qalıb!

28.04.2019

Olmadı

Keçdi ömrüm – günüm həsrət içində,

Həsrəti duymağa zaman olmadı.

Uçdu xəyalımda ağ qağayılar,

Yelkən tək əlimə qonan olmadı.

Dəlilər qəhr edər aqil düşmanı…

Ən böyük rəqibim yel dəyirmanı.

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать


Vahid Çəmənli читать все книги автора по порядку

Vahid Çəmənli - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки LibKing.




Mən sadə yolçuyam отзывы


Отзывы читателей о книге Mən sadə yolçuyam, автор: Vahid Çəmənli. Читайте комментарии и мнения людей о произведении.


Понравилась книга? Поделитесь впечатлениями - оставьте Ваш отзыв или расскажите друзьям

Напишите свой комментарий
x