Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇

Тут можно читать онлайн Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇ - бесплатно ознакомительный отрывок. Жанр: Поэзия, издательство Литагент Ридеро. Здесь Вы можете читать ознакомительный отрывок из книги онлайн без регистрации и SMS на сайте лучшей интернет библиотеки ЛибКинг или прочесть краткое содержание (суть), предисловие и аннотацию. Так же сможете купить и скачать торрент в электронном формате fb2, найти и слушать аудиокнигу на русском языке или узнать сколько частей в серии и всего страниц в публикации. Читателям доступно смотреть обложку, картинки, описание и отзывы (комментарии) о произведении.
  • Название:
    Bu yay da belə keçdi̇
  • Автор:
  • Жанр:
  • Издательство:
    Литагент Ридеро
  • Год:
    неизвестен
  • ISBN:
    9785448531552
  • Рейтинг:
    5/5. Голосов: 11
  • Избранное:
    Добавить в избранное
  • Отзывы:
  • Ваша оценка:
    • 100
    • 1
    • 2
    • 3
    • 4
    • 5

Vahi̇d Çəmənli̇ - Bu yay da belə keçdi̇ краткое содержание

Bu yay da belə keçdi̇ - описание и краткое содержание, автор Vahi̇d Çəmənli̇, читайте бесплатно онлайн на сайте электронной библиотеки LibKing.Ru
«Bu yay da belə keçdi» kitabında Vahid Çəmənlinin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Bu şerlərdə Vahid Çəmənli insanlara, Vətənə, torpağa olan sevgisini ən səmimi hisslərlə tərənnüm edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bu yay da belə keçdi̇ - читать онлайн бесплатно ознакомительный отрывок

Bu yay da belə keçdi̇ - читать книгу онлайн бесплатно (ознакомительный отрывок), автор Vahi̇d Çəmənli̇
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Puç olan ümidin göynərtisindən,

Tənha gecələrin hənirtisindən,

Uşaqsız beşiyin cırıltısından,

Gecələr tək – tənha buz yatağında,

Gəlin yatağında, qız yatağında,

Kölgələr oynaşan boş otağında,

Hönkürən, ağlayan öz səsindən qorx!

Elə məndən də qorx, məndən də gülüm,

Mən səni bir azca məst edə billəm,

Mən sənə bir azca qəsd edə billəm,

Aldadıb, özümə dost edə billəm.

Sonra da…

Sonra da sənə yükləyib,

Bütün dərdlərimi, bəlalarımı,

Qara saçlarına dən sala billəm,

Duman sala billəm, çən sala billəm.

Bu yetim dünyada, cəfəng dünyada,

Bu çirkin dünyada, qəşəng dünyada,

Bir səhər mən səni tək qoya billəm…

Sənə qıymadığım könül dağını,

Özüm də bilmədən mən qıya billəm…

Elə məndən də qorx, məndən də, gülüm,

Mənim hayım gedib, vayım qalıbdı.

Ömrümün, günümün xəzan çağıdı,

Neçə qışım qalıb, yayım qalıbdı?

Sən bahar çiçəyi, mən quru budaq,

Daha bu budaqda çıçıklər açmaz.

Daha bu budaqdan ağ əllərinə,

Ağappaq qar kimi ləçəklər uçmaz,

Dəymə o budağa, gəl dəymə, gülüm,

Burax, gəl qantma ağ əllərini…

Bakı 1994, avqust

Bu axşam ilk dəfə duydum ki, yoxsan

Bu axşam ilk dəfə duydum ki, yoxsan,

Bahara gecikən quşlar kimi sən —

Səadət bəxş edib mənə bircə an,

Xəzan gəlməmiş də uçub getmisən…

Ürək məhəbbətdən titrədi, – yoxsa,

Hansı hisslər ilə gülüb – danışdıq.

Ürək duyğulara möhtac olsa da,

Tamam başqa – başqa adamlarmışıq.

Əlvidamı deyim? – Bu getməyindən,

Həyəcan keçirim, yoxsa zövq alım?

Sevdalı qəlbimi incitməyindən,

Aldığın zövqümü yadıma salım?

Bu axşam ilk dəfə tutuldu qələm,

Dilimdə nəğmələr yarımçıq qaldı.

Könlüm ilham alıb öz istəyimdən,

Hicran nəğməsini çaldıqca çaldı.

Bəlkə də ruh verdi mənə bu axşam,

Qayğısız – qayğısız gülmək istədim.

Xəyalən səninlə vidalaşarkən,

Xəyal dünyama da əlvida dedim…

Qaytarın dünyaya təzədən məni

Saralan yarpaqlar, solan çiçəklər,

Bilmədim, nə zaman açıb – soldular.

Qayğısız anlarım, xoşbəxt anlarım,

Hardan gəlmiışdilər – necə oldular?

Qaytarın dünyaya təzədən məni,

Hələ bu dünyanı duymamışam mən…

Dolanım başına, a doğma kəndim,

Qınama, qoynundan uzaq düşmüşəm.

Əllərim əlinə yetişməsə də,

Şirin yuxularda çox görüşmüşəm.

O vaxtkı durumun xatirimdədir.

Bəs bu gün necəsən? – Hansı uşaqlar

Bu günkü anını qəlbinə yazır?

Kimlər səhər tezdən dərsə tələsir?

Kimlər çəmənindən şehli gül dərir?

Tarlanı becərir, arxını qazır?

Söyüd ağacları dururmu hələ?

Külək saçlarını yolurmu hələ?

Qaytarin dünyaya təzədən məni

Bu boyda bir ömrü sovurdim yelə,

Hələ bu dünyanı duymamışam mən.

Bir bir insanları sınağa çəkdim Çoxu sınağımdan keçə bilmədi Gözlərim hər - фото 6

Bir – bir insanları sınağa çəkdim.

Çoxu sınağımdan keçə bilmədi.

Gözlərim hər şeyi gözəl görürdü,

Gözəllik qəlbimə köçə bilmədi,

Könlüm həsrət qaldı neçə istəyə,

Nanə yarpağı tək əsdi ürəyim,

Çırpındı hey, gündüz – gecə bilmədi,

Qazancım nə oldu? – bolluca kədər,

Tuş oldum hədərə, heçə bilmədim.

Qaytarın dünyaya təzədən məni —

Yaxşını yamandan seçə bilmədim,

Hələ bu dünyanı duymamışam mən.

Əlvida, əkdiyim körpə ağaclar,

Həsrətdən saralan güllər, əlvida!

Əlvida, yolumda ağaran şaçlar,

Öpüb oxşadığım əllər, əlvida!

Bir zaman sevdiyim qızlar qocaldı.

Bəs məni sevənlər hayanda qaldı?

Dedim uzanacaq ömür əbədi.

Nə bilim yollarım boranmış.qarmış.

Mən hardan biləydim qoca dünyanın

Ayrılığı varmış, ölümü varmış…

Qaytarın dünyaya təzədən məni,

Elə əllidən də ömür başlarmış.

Hələ bu dünyanı duymamışam mən,

Hələ bu dünyadan doymamışam mən…

Qəm çəkməklə qəm artar

Ruhuma dərd gətirir,

Hər tökülən göz yaşı,

Bir sızlayan görəndə,

Yanır qəlbimin başı,

Üzmək çətin olsa da,

Üzü axına qarşı,

Canını sıx dişinə,

Sürünmə dizi üstə…

Ötən günün ardınca,

Boylanma fağir – fağır,

Ümidli sabahlara

Xeyir – bərəkət yağır,

Yer üzündə imanla,

Gəz dolan ağır – ağır,

Heçə hikmət duyarsan,

Eşıtdiyin hər səsdə..

Qəm çəkməklə qəm artar Qəm azalmaz əzizim Keçib gedər bu qəm də Belə - фото 7

Qəm çəkməklə qəm artar,

Qəm azalmaz, əzizim!

Keçib gedər bu qəm də,

Belə qalmaz, əzizim!

Ömrə mərhəmət olar,

Möhlət olmaz, əzizim!

Tövbə elə – Tanrıdan

Bəxtinə ağ gün istə…

Son dəfə keçirəm sizin küçədən

Son dəfə keçirəm sizin küçədən,

Bir də bu yerlərə dəyməz ayağım.

Bu aylı, ulduzlu soyuq gecədən,

Görəsən nə umum şairsayağı?..

Söndürün qəlbimdə közərən şamı,

Nə bilim, bəlkə də qəlbin daş idi.

Həsrətin çilənən neçə axşamı,

Bu küçə mənimlə birgə daşıdı.

Kim bilir sabah kim burda gəzinər Özgə təmasından diksinər səki Bir daha - фото 8

Kim bilir, sabah kim burda gəzinər?

Özgə təmasından diksinər səki.

Bir daha sevinməz addım səsinə,

Mənim addımından sevinən təki…

Küləkmi sovurur üzümə tozu,

Yoxsa vidalaşan küçə özümü?

Mən ondan razıyam, o məndən razı,

Yaşadar köksündə ayaq izimi…

Səni hardan alım indi…

Şahmar Əkbərzadəyə həsr olunur

Şahmar Əkbərzadə Ay qapımın açar yeri Ay dilimin naçar yeri Ay bəlamın düçar - фото 9

Şahmar Əkbərzadə

Ay qapımın açar yeri,

Ay dilimin naçar yeri,

Ay bəlamın düçar yeri,

«Səni hardan alım indi?»

Ay ömrümün qışı, yazı,

Ay könlümün duzu, nazı,

Ay atamın telli sazı,

«Səni hardan alım indi?»

Gözlərinə gözüm düşən —

Özü kövrək, qəlbi şüşəm,

Bir qom yaralı bənövşəm,

«Səni hardan alım indi…

Qarabağım, qəm otağım,

Qəza – qədər öz ortağım,

Ay sinəsi dağlı dağım,

«Səni hardan alım indi?»

Ay qəlbimin qubar tacı,

Çəmənimin bahar taçı,

Çəmənlimin Şahmar tacı,

«Səni hardan alım indi»?..

Bakı, 09 oktyabr 2001 – ci il.

Ağdam

Ağdam,

Səni düşündükcə

Parçalanır içim, çölüm,

Ağdam,

Səni əsir edib,

Yaşatdılar mənə zülüm,

Sənsiz keçən illərimi,

Hansı qara yelə verim?

Ağdam, Ağdam…

70ci illərin Ağdamı İçimdəki ağrıları Sənə necə başa salım Viran olan - фото 10

70-ci illərin Ağdamı

İçimdəki ağrıları

Sənə necə başa salım?

Viran olan dağlarında,

İndi neçə ölüm qalım?

Ğöylərindən qopüb düşür,

Son ümidim, son xəyalım,

Ağdam, Ağdam…

Xaçınından, Qarqarından

Axan sular durularmı?

Bu zülümün haqq – hesabı

Bir kimsədən sorularmı?

Ağdam, Ağdam,

Bu haraydan

Dil usanıb, yorularmı?..

Ağdam, Ağdam…

Ölümünə fərman verən

fərmanbazlar hardadı bəs?

Bir düşünən, soran varmı,

niyə yurdum dardadı bəs?

Neçələrim didərgindi,

neçələrim gordadı bəs?

Ağdam, Ağdam…

Kim bağlayar, görəsən kim,

Bu qan verən yaraları?

Qeyrət çəkən oğulların

Seyrəlirmi sıraları?

Doğradılar dilim – dilim,

Pərən – pərən oldu elim.

Yarı qaçqın, yarı köçkün,

Yarı şəhid balaların…

Ağdam, Ağdam…

21 iyul 2012 – ci il.

Yox, deyən qəlbimə yaman girmisən

Yox, deyən qəlbimə yaman girmısən,

Od olub yandırır xəyalın məni.

Mənə min – min ümid, güman vermisən,

Dənizə döndərib sualın məni…

Tək sənin eşqinə, gülüzlü sonam,

Elə istəyirəm yandıqca yanam…

Baxırsan gözümə, gözündə inam,

İlhama çağırır bu halın məni…

Hardasa dağılır qəmim, kədərim.

Hardasa doğulur təzə ülkərim,

Hardasa açılır nurlu səhərim,

Hardasa gözləyir vüsalın məni…

Hardan gəldin ağ buludum

Sinəsidə Qarabağ dərdi daşıyan, sevimli Ağdama qovuşmaq eşqi ilə yaşayan əziz dostum Hacı Elməddin Səfərova ithaf edirəm

13 may 2012 – ci il adi günəşli günlərdən biri idi. «Ağdamdan – Qarabağa» adı altında birləşib, sevincini – kədərini bir – biri ilə paylaşan bir qrup ğənc bu günlərini Şəhidlər xiyabanında keçirməyə, güllərə su verməyə, təmizlik işləri aparmağa qərar vermişdilər. 13 may 2012 ci il, bazar günü dostlar bir yerə toplaşıb Şəhidlər xiyabanına gəldilər. Xiyabana girəndə qeyri – adi mənzərənin şahidi oldular. Şəhidlər xiyabanının üstünü ağappaq qatı bir bulud bürümüşdü. Hacı Elməddin Səfərov başını qaldırıb ğöyə baxdı. Göyün üzü tər – təmiz idi. Günəşin qızmar şəfəqlərindən savayı heç nə yox idi. Bir topa ağ bulud ancaq şəhidlər xiyabanının üstündə idi. Onu heyrət bürüdü. Həyatında ilk dəfə idi ki, belə bir mənzərənin şahidi olurdu. İlahi, bu nədir, bu nə möcüzədir, bu bir topa ağappaq bulud hardandır? Dostu Yusif Rüstəmlini səslədi:

– Yusif, tez aparatı ışə sal, çək bu ağ buludun şəklini… Yusif Rüstəmli aparatı ışə salıb cəkməyə başladı. Şəhidlər xiyabanının üstünü saran ağ bulud elə bil diksinən kimi oldu, bir anın içində əriməyə başladı. Amma Yusif də qoçaq oğlan idi. Bir neçə şəkil çəkə bilmişdi.

Mən şəkilləri ertəsi gün gördüm. Qəlbimi bürüyən hisləri göz yaşları içində kağıza köçürdüm. Surəti ilə tanış ola bilərsiniz:

Şəhidlər xiyabanının üstünü saran bulud Hardan gəldin ağ buludum De sən hara - фото 11

Şəhidlər xiyabanının üstünü saran bulud

Hardan gəldin ağ buludum?

De sən hara, bura hara?

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать


Vahi̇d Çəmənli̇ читать все книги автора по порядку

Vahi̇d Çəmənli̇ - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки LibKing.




Bu yay da belə keçdi̇ отзывы


Отзывы читателей о книге Bu yay da belə keçdi̇, автор: Vahi̇d Çəmənli̇. Читайте комментарии и мнения людей о произведении.


Понравилась книга? Поделитесь впечатлениями - оставьте Ваш отзыв или расскажите друзьям

Напишите свой комментарий
x