Vahid Çəmənli - Dəli Çəmənli
- Название:Dəli Çəmənli
- Автор:
- Жанр:
- Издательство:Литагент Ридеро
- Год:неизвестен
- ISBN:9785448522178
- Рейтинг:
- Избранное:Добавить в избранное
-
Отзывы:
-
Ваша оценка:
Vahid Çəmənli - Dəli Çəmənli краткое содержание
Dəli Çəmənli - читать онлайн бесплатно ознакомительный отрывок
Интервал:
Закладка:
Bu yazını yazan anlarımda canım qədər sevdiyim Qarabağ torpağı, qəlbimin həsrətli nisgil dağı Ağdamım ağır günlərini yaşayır. Minlərlə insan öz yurd-yuvasından didərgin düşüb. Neşə-neçə şəhid igidlərimizin məzarı düşmən tapdağı altında qalıb. Sovet hökumətinin bir saat da olsun belə bağlamağa qadir olmadığı məscidimizdən azan səsləri eşidilmir. Məscidin özü yavaş-yavaş uçub dağılır. Müasir dövrdə dünya siyasətçiləri artıq bəşəriyyətin qatı cinayətlərindən birini – Qarabağda azərbaycanlılara qarşı soyqırım törədilməsini ört-basdır edə bilmir. Dünya mətbuatı törətdilən vəhşiliklərdən, neçə-neçə şəhərlərin, kəndlərin talan edilərək məhv edilməsindən danışır. Bir zamanlar yüz minlərlə insan yaşayan Ağdamın, Xirosimadan betər dağıdıldığını bildirir. Erməni xisləti sivilizasiyaya agah olur. Bəşəriyyət kütləvi gipnozdan ayılaraq gözlərini döyür. Heç kim erməni təbliğatının necə qurbanı olduğunu anlaya bilmir. Amma bu, bizim dərdlərimizi bir zərrə də olsun azaltmır.Torpağından ayrı düşən nəslimiz, ev-eşiyindən uzaq, onun-bunun püşkəyində cansıxıcı həyat sürür. Ağsaqqallarımız, ağbirçəklərimiz «Ağdam!» deyə-deyə dünyanı tərk edir. Yeni doğulan körpələrimiz artıq Qarabağlı deyil. Lakin, düşmənlərimiz rahat olmasın. Tam əmin olsunlar ki, bu qisas qurdla qiyamətə qalmayacaq. Biz mütləq öz torpaqlarımıza sahib çıxacağıq. «Arxalı köpək qurd basar», – deyiblər. Lakin, intiqam saatında heç bir arxa onlara kömək edə bilməyəcək. Hazırda, Azərbaycan iqtisadiyyatı inkişafının ən yüksək mərhələsinə qədəm qoyur. Ordumuz gündən-günə güclənir. Gənclərimizin qəlbində vətənpərvərlik ruhu yüksəlir. Biz hamımız Ali Baş Komandan-cənab İlham Əliyevin əmrinə müntəzirik!. Biz öz gücümüzə əminik!. Qoy, bizim qətiyyətimizə kimsə şübhə etməsin!.. Ulu Tanrı bizim üzərimizə çox yüksək bir vəzifə qoyub: – Qarabağı azad etmək!. Bunun üçün birləşməli, əlbir olmalıyıq. Yoxsa, qiyamət günü Ağamızın üzünə baxmağa üzümüz olmayacaq. Bizi, məzarları düşmən tapdağı altında qalanşəhidlərimizin, ata-babalarımızın ruhları da bağışlamayacaq.
…Bu gün Ağanın cismi Ağdamın dilbər guşələrindən biri olan, axarlı-baxarlı Çəmənli kəndində bir məqbərənin altında uyusa da, onun ruhu Qarabağın dağlarında, düzlərində dolaşır, «Allahu-Əkbər!«ə, azan sədalarına həsrət qalan məscidi-minarəni, yetim qalan ağacları, gülləri, çiçəkləri xeyirxah əlləri ilə tumarlayır, onlara ürək-dirək verir. Aganın ruhu rahat deyil. Ağanın ruhu intizar içindədir. Ağa yol gözləyir. Ağa igidlərin, ərənlərin yolunu gözləyir. Ağanın ruhu göz işlədikcə uzanıb gedən Qarabağ düzlərinə tərəf boylanır, sevdiyi insanların vüsalı həsrətilə çırpınır. Narahat olma, Aga! Biz qalib gələcəyik!. Biz mütləq qalıb gələcəyik!. Əgər ürəyimiz qələbə eşqi ilə çırpınmırsa, onda o ürəkdən nə fayda…
Bakı, 2012-ci il.P.S.
Bu kitab çapa hazırlanarkən Çəmənli kəndində faciəli hadisələr baş verdi. İşğalçı Ermənistan ordusunun terrorçularının kəndlərimizi top atəşinə tutması nəticəsində dinc sakinlər – Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlu həlak oldular. Hər iki həmkəndlimə Ulu Tanrıdan rəhmət diləyirəm. Qoy, dinc kənd sakinlərini hədəfə alan hərbi geyimli terrorçular əmin olsun: Biz onların murdar ayaqlarını torpağlarımızdan kəsəcəyik.
Dəlidən doğru xəbərlər
«Ruhlar şəhəri”nə sağlam nəzər
Zaur Qarabağiyə həsr olunur
Gözlərimin önündə Ağdamın xarabalıqları… Şəkillər, şəkillər, şəkillər…
Elə bil xarabalıqların şəkillərini yaymaq üçün yarışa girmişik. Kim daha «gözəl» şəkil yaya bilər. Ah, səndə dağılmış məscidin şəkli varmı? Ah! Bu çay evidi… Gör nə günə düşüb? Onu blituzla mənə göndər. Evdə nənəmə göstərəcəm. Ay Allah, bu nədi, mədəniyyət evidi? Gör nə cür dağıdıblar? Əla! Onu da göndər…
Söhbətə qarışıram… Tezliklə Ağdam şəhəri işğaldan azad olacaq!
– Nəə? Ola bilməz! Tarixində inanmaram. Bu gün Ağdam azad olsa, ayaqyalın-başıaşıq Ağdamacan gedərəm, amma inanmaram, öldürəsən, inanmaram.
Susuram. Allah sənə kömək olsun!. Allah sənə bircə zərrə də olsa, ümid versin, deyə

ürəyimdə dua edirəm.
Gəncliyimdə Əfətlidə Mikayıl adlı (Allah rəhmət eləsin!) bir tanışımın kitablarının içində bir kitab gördüm. Adı da qəribə idi: «Fikir dalınca». Kitabı oxumaq üçün istəyəndə tanışım az qaldı məni qucaqlayıb öpə. Sən bu kitabı niyə seçdin? Bu kitab insanın fikirlərinin ən canlı, ən kamil bir yaradıcı qüvvə olduğunu deyir. Sözlərindən heç nə anlamadım. O vaxtlar o kitabı da anlaya bilmədim. Demək olar ki, oxumadan sahibinə qaytardım. İlk oxuduğum dini kitabda deyilirdi: " Allah insanı öz timsalında yaratdı, özünə oxşar yaratdı». Qəbul etdim. Doğrudan da insan yaradıcıdır. Amma insan Allahdan fərqli olaraq, cansız aləmi yaradır. İnsan hər şey yaradır, amma onun yaratdığları zamana qalib gələ bilmir. Bir zamanlar mən də belə fikirləşirdim. Arqonavt Yasonun gəmisi yadınızdamı?..Uzaq bir adada başı keyfə qarışan yunanların gəmisi tez bir zamanda yarıyacan quma batmışdı. Doğrudan da, İnsan zamana qalib gələ bilmir…
Nə? Mən nə danışıram? İnsan zamana qalib gələ bilmir? Onu kim dedi? Zamana qalib gələn insan yoxmu? Bəs, Məhəmməd peyğəmbər (S.A.Ə.S) Bəs, Sokrat? Bəs, Nizami? Bəs, Motsart? Bəs, Bethoven? Bəs, İsaak Nyuton? Bəs Eynşteyn? Bəs, Mustafa Kamal Atatürk? Bəs, Heydər Əliyev? Onların yaratdığına cansız demək olarmı? Axı, onlar nə yaratmışdı? Onların yaratdığı ilk öncə sadə bir fikirlə başlamırdımı? Hər bir işin başlanğıcında sadə bir fikir, sadə bir ideya durmurmu? Sonra nələr baş verir? Daha güclü bir qüvvə olan inam yaranmırmı? Hər şeyin inamdan başladığı aydın deyilmi? Məgər onlar özləri yaratdıqları ilə bərabər yaşamırmı? Yox? And içə bilərsiniz? Həə? Bilirəm, bilirsiniz ki, onlar yaşamır. Qəbirləri hardadı, onu da bilirsiniz. Görürəm, çox məlumatlısınız. Siz uça bilirsinizmi? Nəə? İnsan uça bilməz? Ah, siz realistsiniz! Aydındı!
Heç nə aydın deyil! Mən bu gün Ağdamı sizdən fərqli görürəm:
Ağdam böyük bir tikinti meydanıdır. Minlərlə ekskovatorlar, buldozerlər şəhərin ərazisini müharibənin törətdiyi zibilliklərdən təmizləyir. Mühəndislər layihələr tərtib edir, planlaşdırırlar. Minlərlə maşınlar daş, çınqıl, qum daşıyır. Əyinlərində tikinti forması on minlərlə insan Yeni Ağdamı tikir. Parklar, salınır, yollar çəkilir, məscid təmir olunur. Yeni Aeroport binası inşa olunur, Yeni dəmir yol vağzalı, avtovağzallar tikilir.. Yollar boyu ağaclar əkilir, üzümlüklər salınır (mən üzümü çox sevirəm). Hələ çox şeylər yaza bilərdim. Qorxuram oxumayasınız! Bəlkə də oxumayacaqsınız. Amma oxuyan tapılacaq. Mənim təsvir etdiyim Ağdama öz varlığı qədər inanan insanlar var. Bizimlə,…siz inanmayanlar görəcəksiniz bu işi…
Yeri gəlmişkən…Allah işinizi avand eləsin!
P.S.
Məni xəyalpərəst adlandırmaq istəyənlər G. Uelslə V. Leninin söhbətini yadınıza salın. Dogrudur, mən V. Lenin deyiləm, amma…siz də G. Uels deyilsiniz!
Nə əkərsən, onu biçərsən…
Bir atalar sözünü yadınıza salmaq istəyirəm:-«Nə əkərsən, onu biçərsən»…
Çox sadə bir atalar sözüdür. Bu atalar sözü o qədər sadədir ki, uşaqdan-böyüyə kimin yolunu kəib soruşsan ki, bir atalar sözü bilirsənmi, deyəcək hə: «Nə əkərsən-onu biçərsən». Sadəlikdə bu atalar sözündən sadə atalar sözü fikirləşib tapmaq çətindir. Mən dünya xalqlarının mədəni irsi ilə tanış olanda gördüm ki, elə bir xalq yoxdur ki, onun folklorunda bu hikmətli söz olmasın. Əcəb işdir, niyə bu atalar sözünü bütün xalqlar işlədir? Dərin fikrə getdim. Yəqin bu hikməti aləmi quran zaman cənabi-Haqq Adəm atamıza öyrədib. Dünyada olan bitkilərin adlarını öyrədib sonra da başa salıb ki, hansı bitkinin toxumunu əksən, onun da məhsulunu yığacaqsan. Doğrudan da, taxıl əkən taxıl biçəcək, arpa əkən arpa biçəcək və c.
Hamıya məlum olan, hamının əzbər bildiyi bu atalar sözündən təzə nə icad eləmək olar? Bu sadə, lakin mənalı sözün içində başqa bir həyat həqiqəti şifrələnə bilərdimi?
Axı, hər şey aydındır!.. Dayan!…
Dünyanın ən böyük dahilikləri sadəliyin içindədir. Hər bir sadəlik zamanın sınaqlarından çıxdığı üçün sadədəir. Çünki o sadə olmasaydı, əsrlər boyu xalqlar onu qoruyub saxlaya bilməzdi.
Bu atalar sözünün dahiyanə olduğunu isbat etmək üçün bir misal çəkmək istəyirəm. Təsəvvürünüzə bütün həyatını əkin-biçin işlərinə sərf edən bir insanı gətirin. O nəyi əkəndə nəyin bitdiyini yer üzərində yaşayan, lakin əkin-biçindən başqa, hər bir işlə məşğul olmağı bacaran insanlardan çox-çox yaxşı bilir. Tutaq ki, bu insan gəldi şəhərin ən hörmətli, aqil müdriklərindən birinin yanına, dedi ki, ay ağsaqqal, mənə bir müdrik söz öyrət. Ağsaqqal da, asta-asta saqqalını tumarlaya-tumarlaya dedi ki, bax oğlum, yadında saxla, nə əkərsən, onu da biçərsən. Sizcə, o əkinçi insanın o müdrik qoca haqqında fikirləri necə olar? O əkinçi, o müdrik qocanın sözlərindən bir şey anlayar, ya yox? Vallah, o əkinçi o müdrik qocanı məsxərəyə qoyar, kəlamına qaqqanaq çəkib gülər, -Müdrik gəlib kəndə, guya mən bilmirəm, kartof əkən kartof yığar, arpa əkən arpa biçər, buğda əkən buğda biçər. Ta mən turp əkib kələm yığmayacam ki…
Boynunuza alın, sizin də dodağınız qaçdı. Amma tələsməyin. Məni o əkinçi kimi düşünənlərdən hesab etməyin. Sözümün içində bir hikmət olmasaydı, sizin qızıl kimi vaxtınızı bu qədər alardımmı?
Bu atalar sözünün iki mənası var. Biri görünən tərəfidir, biri görünməyən tərəfidir. Görünən tərəfindən danışdıq. Keçirəm görünməyən tərəfinə…
İnsanın təkcə əli ilə əkib-becərdiyi toxumlar cücərib boy atmır. Onun fikirləri, arzuları, xoş niyyətləri də torpağa əkilən toxumlar kimidir. Toxumları əkib onu günəşin isidəcəyinə, yağışın sulayacağına ümid edərək məhsul aldığımız kimi, əkdiyimiz fikirlər və arzuları da ümidlərimiz və inamlarımız isidir, suvarır və tez bir zamanda bol bəhrə yetirir. İnanın ki, arzu və ümidlərimizi əkdiyimiz mühit, öz münbitliyi ilə qara torpaqdan heç də geri qalmır. Hər bir insanın həyatı onun inamla arzuladığı nemətlərlə zəngin olur. Sanki, kainatda hansısa qüvvə insanları arzularına doğru aparır. O qüvvə bizim İNAMIMIZDIR. Biz inansaq ki, dağı dağ üstünə qoya bilərik, deməli qoya bilərik. Biz inansaq ki, tez bir zamanda Azərbaycanımızı çiçəklənən bir diyara çevirə bilərik, deməli bilərik. İnamlarımız bizi ən böyük qələbələrə gətirər. Gətirir də…
Читать дальшеИнтервал:
Закладка: