Vahid Çəmənli - Hər şey yaxşıya doğru

Тут можно читать онлайн Vahid Çəmənli - Hər şey yaxşıya doğru - бесплатно ознакомительный отрывок. Жанр: Поэзия, издательство Литагент Ридеро. Здесь Вы можете читать ознакомительный отрывок из книги онлайн без регистрации и SMS на сайте лучшей интернет библиотеки ЛибКинг или прочесть краткое содержание (суть), предисловие и аннотацию. Так же сможете купить и скачать торрент в электронном формате fb2, найти и слушать аудиокнигу на русском языке или узнать сколько частей в серии и всего страниц в публикации. Читателям доступно смотреть обложку, картинки, описание и отзывы (комментарии) о произведении.
  • Название:
    Hər şey yaxşıya doğru
  • Автор:
  • Жанр:
  • Издательство:
    Литагент Ридеро
  • Год:
    неизвестен
  • ISBN:
    9785448527531
  • Рейтинг:
    5/5. Голосов: 11
  • Избранное:
    Добавить в избранное
  • Отзывы:
  • Ваша оценка:
    • 100
    • 1
    • 2
    • 3
    • 4
    • 5

Vahid Çəmənli - Hər şey yaxşıya doğru краткое содержание

Hər şey yaxşıya doğru - описание и краткое содержание, автор Vahid Çəmənli, читайте бесплатно онлайн на сайте электронной библиотеки LibKing.Ru
Kitabda müəllifin son illərdə yazdığı şerlər və nəsr əsərləri toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.

Hər şey yaxşıya doğru - читать онлайн бесплатно ознакомительный отрывок

Hər şey yaxşıya doğru - читать книгу онлайн бесплатно (ознакомительный отрывок), автор Vahid Çəmənli
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать

Nabranda istirahət edərkən hər səhər dəniz sahilinə enir, Xəzərin mavi sularını yara – yara doğan Günəşi seyr edirdim. Getdikcə qırmızı rəngi artan üfüqdən gözlərimi çəkmir, ilk şəfəqin üfüqdən boylanmasını səbirsizliklə gözləyirdim. Budur, mavi sular yavaş – yavaş aralanır, Günəşin ilk şəfəqləri məni salamlayır. Adama elə gəlir ki, Xəzərin sularından islanan Günəş yuxarı qalxdıqca suyu süzülür, nəhayət sudan aralanaraq üfüqdə bütün gözəlliyi ilə bərq vurur. Hər dəfə bu mənzərəni oğlanlarıma danışdıqca, onlar maraqla qulaq asır, hər dəfə də dənizə Günəşın doğmasını seyr etməyə gedərkən onları da oyatmağı məndən xahiş edirdilər. Lakin mən onları qaldırmaq istərkən, – «ata, bu gün yox, sabah» – deyə – deyə yatmağı üstün tuturdular. İstirahətin axırıncı günü gördüklərimi çəkərək onlara göstərmək məqsədilə foto – aparatı da özümlə götürdüm. Mən sahilə enəndə Günəşin doğmasına hələ bir neçə dəqiqə qalırdı. Ozümə rahat bir yer tapıb oturdum. Tez – tez qızartısı getdikcə artan üfüqün şəklini çəkir, onun ilk şəfəqinin parladığı anı qaçırmamağa çalışırdım. Nəhəyət, Günəş üfüqdə göründü. Mən daha bir neçə şəkil çəkdim, sonra foto – aparatı söndürüb ayaqyalın nəm qumların üzərində gəzinməyə başladım. Həmin gün şəkilləri uşaqlara göstərdim, Oğlanlarımın şəkillərə o qədər də dərin maraq göstərmədiyini görəndə, onları arxivlədim. Ötən bir il ərzində hərdənbir şəkillərə baxsam da, Günəşin doğulmasını əks edən kadrlar mənə yeknəsəq göründüyündən, onlara dərin diqqət yetirmədən çevirirdim. Bu gün, 11 sentyabr 2016 – cı ildə, düz bir il, bir aydan sonra bu şəkillərə yenidən baxarkən, təsvirlərin birində bu kiçik qara nöqtəni gördüm. Əvvəlcə, düşündüm ki, yəqin bu balıqçı gəmisidir. Bəs necə olub ki, bu kadrları çəkərkən gəmini nəzərdən qaçırmışam? Lakin o biri kadrlarda qara nöqtəni görmədiyimdən, anladım ki, bu, balıqçı gəmisi deyil. Balıqçı gəmisi belə tez gözdən itməzdi. Şəkili böyüdərək daha diqqətlə baxanda, qara nöqtənin suyun üzərində deyil, ondan xeyli yuxarıda olduğunu gördüm. Həmin kadrı sizə təqdim edirəm. Özünüz baxın, nəticə çıxarın. Suyun üzərində görünən bu qara nöqtə nədir?

11.09.2016

Bi baxışlıq sevgi

Qoşa govaq ağaclarının yanındakı oturacaqda tək oturmuşdu. Rəfiqəsini gözləyirdi. Ətrafda həyat qaynasa da, o heç nəyə baxmırdı. Telefonla oynayırdı. Oynamırdı. Facebookda idi. Virtual dostları ilə qızğın mübahisə edirdilər. Birdən kiminsə nəzərlərini üzərində hiss edib başını qaldırdı. Yaxınlıqdan keçən gənc, qədd – qamətli bir oğlan ona baxırdı. Baxışlar toqquşdu, ürəklər çırpındı, gözlər danışmağa başladı,

«Batmış, nə qəşəngdir»

«Gözəl qızdır».

«Yaxınlaşmaq istəyir, qələt eləyir, yaxınlaşsa qovacam»

«Görəsən, yaxınlaşsam məni qovmaz ki?»

«Amma çox şirin gülür, ürəyi təmiz oğlana oxşayır»

«Görəsən niyə tək oturub, bəlkə gözlədiyi var?»

«Yaxınlaşmaz… ürək eləməz… elə biləcək görüşə gəlmişəm»

Bir az gözləyim, bəlkə elə belə oturub?»

«Tərsdi a, çıxıb getmir»

«Bəlkə yaxınlaşım bir söz deyim?»

«Ürəksizdi, ürəkli olsa yaxınlaşardı, amma sırtıq deyil, elə gözləri ilə baxır, bu nədi, ay aman düz ustümə gəlir!»

«Salam».

«Salam.»

«Oturmaq olar?»

«Mənim yerinm deyil ki, oturun dəə».

«Təşəkkür edirəm»

«Dəyməz!»

Bağışlayın, bir söz soruşmaq olarmı?»

Gözlədiyiniz var Hə Onda durum gedim Rəfiqəmi gözləyirəm Bir - фото 9

«Gözlədiyiniz var?»

«Hə!»

«Onda durum gedim!»

«Rəfiqəmi gözləyirəm.»

Bir saatacan oturdular. Sonra, durub getdilər. Uzun müddət qoşa qovaq ağacının yanındakı oturacaq onların görüş yeri oldu. 3 aydan sonra…

Yox, bunların heç biri olmadı. Nə oğlan cəsarət edib qıza yaxınlaşa bildi, nə qız ondan xoşlandığını biruzə verə bildi. Bircə baxışlıq oldu bu sevginin ömrü… Oğlan dərindən köks ötürüb yoluna davam etdi. Qız, oğlan gözdən itənə qədər onun dalınca baxdı.

Bi zaman mən səni sevirdim gözəl

Bir zaman bu dünya çox qəşəng idi.
Çaylar da sevincdən coşub daşırdı.
Hər çiçək elə bir bir çələng idi,
Yaşıl çəmənlərə çox yaraşırdı.
Çırpıla – çırpıla bəyaz daşlara,
Dalğalar atılıb – düşərdi necə…
Xəbər çatmamışdı o sərt qışlara,
Günəş gizlənməzdi, düşməzdi gecə,
Necə qəşəng idi bu dünya əzəl…

Hələ qarşıdaydı ömrümün çoxu,

Keçən günlərimi soraqlamazdım.
Gecələr gözümə getməzdi yuxu,
Yazıb – yaratmaqdan əl saxlamazdım…
Elə vurgun idim təbiətə mən,
Nə görsəm o an da gözüm düşərdi.
Çəmənlər zəriflik içib sözümdən,
Sanki sətir – sətir şerləşərdi,
Yaşamaq gözəldi, Yaratmaq gözəl…

Sözlər… hələ sözlər şəkər – qənd idi,
Sözlərdən savayı nə umulurdu?
Tək bircə kəlməyə könül bənd idi,
Tək bircə baxış də bəsim olurdu..
Ağzımda şipşirin bir dad var idi,
Gözümdə heç vədə solmayan bir rəng.
Bir zaman dilimdə bir ad var idi,
Bir də dağ çayından aldığım ahəng,
Bir zaman mən səni sevirdim, gözəl…

Həyat prozası

Dostum Elğün çox fikirli idi. Hətta oruc tutduğunu belə unudub dəm vermişdi siqaretə. Salam verdim, səksəndi. Sənsən? – dedi. Hə mənəm! Bəs sən oruclu deyilsən? Ah, qardaş, tamam yadımdan çıxıb. Özümün də xəbərim yoxdu özümdən.

– Nə olub? – deyə soruşdum.

– Heç – dedi.

Təkid etdim.

Oğlum… oglum bir qıza vurulub. Bilirdim. Ayırmışdım onları. İndi təzədən başlayıblar. Dünən anasına deyb ki, Aytənə elçi gəlir. o da qaça – qaça gəlib oğluma deyib ki, məni ərə verirlər. İndi oğlum deyir ki, ya o qızı mənə alın, ya da başımı götürüb çıxıb gedəcəm.

Aman Allah, yer üzündə təzə heç nə yoxdur. Bütün bunlar tanış sözlər, tanış hərəkətlərdir.

Dostumdan soruşdum ki, nə etmək niyyətindədir? Dedi ki, baş tutan sevda deyil. Oglumun cəmi 18 yaşı var. Qız 1 yaş da ondan böyükdür. Qabaqda institut, əsgərlik var. Axı onun hələ evlənən vaxtı deyil.

Söz tapıb məsləhət vermək çətin idi. Heç nə demədim.

Axşam evə gəldim.16 yaşlı oğlumun otağına girəndə o, kompüterin monitorundakı görüntünü sildi. İçimdə suallar baş qaldırdı. O nə edirdi? Nəyə baxırdı? Nə yazırdı? Özümün 16 yaşım yadıma düşdü. İlk məktublar, ilk həyəcanlar, ilk sarsıntılar…

Səssizcə otaqdan çıxdım.

Bəli, həyatda heç nə dəyişməyib. Heç nə… Təzə insanlar… köhnə mahnılar… Məhəbbət mahnıları və sonda proza.

Həyat prozası…

Əlisa Nicatın 80 illiyi münasibətilə

Əlisa Nicatın 80 illiyi münasibətilə Mən kainatın məhvini yaşamışam - фото 10

Əlisa Nicatın 80 illiyi münasibətilə.

«Mən kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək…»

Əlisa Nicat

Hörmətli Əlisa müəllim, mən sizi çoxdan, lap çoxdan tanıyıram. Hələ orta məktəbdə oxuyarkən «Azərbaycan» yurnalında Sizin «Nəğməyə dönmüş ömür» adlı əsərinizi oxumuşdum. Əsəri oxuyandan sonra keçirdiyim hisləri qələmə almaqda acizəm. Yadınızdamı, qaçırdığı xan qızını Mirzə Şəfinin əlindən alıb, onu Tiflis yolunda tək-tənha qoymuşdunuz. Yolun ortasında tək-tənha qalan şair bilmirdi nə eləsin, hansı yana getsin, dərdini kimə desin, içini yandıran sevginin odunu necə söndürsün… Şairin düşdüyü bu ümidsiz hal məni elə sarsıtmışdı ki, bir neçə gün nə yemək yeyə bildim, nə də su içə bildim. Doğrudan da ümidsiz olmaq pis şeydir. Şairin ümidsiz halı mənim körpə ürəyimi parçalayırdı. Siz inanmazsınız, üstündən bəlkə də, 44—45 il keçib, amma yenə də «Nəğməyə dönmüş ömür» əsərinin son sətirlərini yadıma salanda kədərlənirəm.

İllər keçdi. Bir dəfə «Elm və həyat» jurnalının redaksiyasında sizi gördüm. O vaxtlar tez-tez sizinlə bir yerdə işləyən Aqil Abbasın yanına gəlir, cızma-qaralarımı ona göstərirdim. Aqil müəllim yazılarımı oxuyur, mənə ürək-dirək verirdi. Onun xoş sözlərindən sonra qanadlanıb uçmaq istəyirdim. Siz Aqil Abbasdan mənim kim olduğumu soruşdunuz, dedi ki, eloğlumdur, şerlər yazır. Mən də Aqil Abbasdan sizin kim olduğunuzu soruşdum. Dedi ki, Əlisa Nicatdır. Ürəyimdə özümü bir xeyli danladım. Necə olmuşdu ki, sizin kimi bir dahini tanımamışdım? Amma mənim təqsirim yox idi. «Nəğməyə dönmüş ömür» əsərinizdən sonra mən sizdən heç nə oxumamışdım. Oxumağa bir şey tapmamışdım. Heç zaman üzünü, şəklini görmədiyim, amma xəyalımda əlçatmaz, ünyetməz hesab elədiyim Əlisa Nicatı necə tanıya bilərdim? Qəribədir, çox qəribədir, bu yaxınlarda yenə sizin bəşəriyyətin sonu ilə bağlı bir yazınıza rast gəldim. Adı da çox maraqlı idi: «Mən Kainatın məhvini yaşamışam, bilirəm hər şey necə əriyib, yox olub gedəcək». Siz, özünüzün dediyiniz kimi pessimist əhval-ruhiyəli sənətkarsınız, Əlisa müəllim. Bizim qalaktikamızın Andromeda dumanlığı ilə necə toqquşacağını təsvir edir, yenə də gələcək insan nəslininn yaşamağına heç bir şans qoymursunuz. Eynən Mirzə Şəfini 4 yol ayrıcında ümüdsiz, kimsəsiz qoyduğunuz kimi… İnciməyin, amma mənə elə gəlir ki, möcüzələrlə dolu bu aləm bir anda əriyib, yox olub gedə bilməz, yox olub getməyə haqqı yoxdur. Əgər yox olub gedəcəksə bu işin qalaktikaların toqquşmasından deyil, insan faktorununun nəticəsində baş verəcəyini düşünürəm. Amma mən optimist olmağa çalışıram. Hətta milliard illər bundan sonra baş verəcək bu toqquşmanı müşahidə edən insanlara bir inam yeri qoymaq istəyirəm. Mən onları sevindirmək istəyirəm. Mən onların içinə ümid toxumları səpmək istəyirəm. Mən onlara demək istəyirəm:

«Narahat olmayın, Allahın insanlara vəd etdiyi ən mükəmməl planet olan Cənnət elə Andromeda dumanlığındadır!»

Əlisa müəllim, bu günlər Azərbaycanımız sizin 80 illik yubileyinizi qeyd etməyə hazırlaşır. Siz əfsanələrə dönmüş ömrünüzün zirvəsindəsiniz. Zirvədən hər şey əlçatmaz göründüyü kimi, həm də gözəl görünür. Gözəlliyi sevməyi, onun qayğısına qalmağı dədə-babalarımız bizə tövsiyə edib. Onların dediklərini gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. Hə, Əlisa müəllim, sizə bir şer də həsr eləmişəm. Bilirəm, bədii cəhət-zad… bu sözlər həmişə populyar olub, indi də populyardır. Amma Siz böyüklük edib oxuyun. Bilirəm, pessimistlik sizin ən gözəl, ən təsirli silahınızdır. Siz insanları duyğulandırmağı bacarırsınız, bunu çox ustalıqla edirsiniz. Mən isə qocaman bir dağa bir çəngə sərin bulud təklif edirəm. Bəlkə həzin, sərin yağışı yağdı?

Читать дальше
Тёмная тема
Сбросить

Интервал:

Закладка:

Сделать


Vahid Çəmənli читать все книги автора по порядку

Vahid Çəmənli - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки LibKing.




Hər şey yaxşıya doğru отзывы


Отзывы читателей о книге Hər şey yaxşıya doğru, автор: Vahid Çəmənli. Читайте комментарии и мнения людей о произведении.


Понравилась книга? Поделитесь впечатлениями - оставьте Ваш отзыв или расскажите друзьям

Напишите свой комментарий
x